» » Tovuza göydən düşən sirli daş

Tovuza göydən düşən sirli daş

Tovuza göydən düşən sirli daş

Hamar və ağır olduğu qədər də görünüşünə görə digər daşlardan fərqlənir. Bu naməlum səma cismi Tovuzun Əyyublu kəndi ərazisində, Kür çayından bir qədər kənarda yerləşən boş düzənlikdə, "ağanın düzlüyü" adlanan yerdə tapılıb. 3 kiloqramdan ağır olan bir tərəfi çıxıntılı, o biri üzü isə yastı olan cismin meteroit olduğunu iddia edən kənd sakini Mübariz Mehralıyev tapıldığı gündən indiyədək qoruyub saxlayır. Bu kütlə görkəminə görə yerdəki bərk maddələrə nisbətən xeyli fərqlidir.

Kənd sakininin sözlərinə görə meteroitin düşdüyü yerdə hər hansı çuxur görməsələr də, bu daşa insanlar tərəfindən ilk anlarda elə də əhəmiyyət verilməyib. Lakin səma cisminin araşdırılmasına ciddi ehtiyac duyulduğunu görən Mübariz Mehralıyev daşı qoruyub saxlamaq qərarına gəlib.

Bir çoxlarının marağına və təəccübünə səbəb olan bu səma cisminin araşdırılması həm astronomlar, həm də ictimaiyyət üçün də əhəmiyyətli olar. Qeyd edək ki, yer kürəsinin atmosfer qatına daxil olarkən görünən, iz buraxan xırda səma cisimləri sürtünmədən yaranan yüksək temperaturda buxarlanaraq yox olur, bəziləri isə yer səthinə qədər gəlib düşə bilir. Çox güman ki, Tovuz sakininin də tapdığı səma cismi bu cür meteoritlərdən biridir.//atv.az