» » Artur Rasizadənin uşaqlıq və gənclik illəri - FOTOLAR

Artur Rasizadənin uşaqlıq və gənclik illəri - FOTOLAR

Artur Rasizadənin uşaqlıq və gənclik illəri - FOTOLAR

Azərbaycan Baş Naziri Artur Rasizadənin gənclik illərinə işıq salmaq üçün əvvəlcə onun uşaqlıq və gənclik dövrünün keçdiyi Lənkəran şəhərinə yollandıq. Baş nazirin evində və təhsil aldığı Lənkəran şəhər 4 saylı orta məktəbdə olduq.

Ucarliyiq.biz-ın məlumatına görə, ömrünün 54 illini müəllimlik peşəsinə həsr edən Svetlana Orucova adlı qocaman müəllimə bir yerdə böyüdükləri ailə dostları və qonşusu olan baş nazirlə bağlı xatirələrini azvision.az ilə bölüşüb. Baş nazirin ailəsindən, uşaqlıq illərindən, gəncliyindən, üzləşdiyi çətinliklərdən bəhs edən reportajı ixtisarla təqdim edirik:

- Arturun atası, rəhmətlik Tahir müəllim müharibəyə könüllü getmişdi. Çox təəssüf ki, geri qayıtmadı. Anası Tamara xanım isə Lənkəranın Yol İdarəsində baş mühasib işləyirdi. O, işdə olan zaman nənələri uşaqlara - Artura və bacısı Tamilla xanıma tərbiyə verərdi.

Arturun dayısı da müharibəyə gedib, bir daha geri qayıtmamışdı. Babasının qardaşı böyük Hüseyn Cavid idi. Anası da əsl azərbaycanlı idi. Bacısı Tamilla xanım Arturdan balaca idi. O, çox sakit və şirin bir qız idi. Biz həmişə bir yerdə olardıq…
Biz Arturgil ilə bir evdə yaşayırdıq. Onların iki otaqları var idi. Mən də anamla qalırdım. Biz bir yerdə böyümüşük. O vaxtı müharibə illəri idi, qonşular da bilirdilər ki, həyat çox müvəqqətidir. Ona görə bir-birilərinə çox yaxın idilər.

Məktəbdə əlaçı şagird olan Artur dəqiq elmləri gözəl bilirdi. Riyaziyyat, kimya və fizikanı çox yaxşı oxuyurdu. Ancaq ədəbiyyatdan da əl çəkə bilmirdi. O, həmişə kitab oxuyardı. Onların evlərində çox gözəl kitablar olardı. Mən də o kitabları oxuyurdum. Artur həm savadlı, həm də çox gözəl tərbiyəli bir şagird idi. Onların ailəsi çox yüksək mədəniyyətə malik idi.
Artur orta məktəbi bitirdikdən sonra Bakıya getdi. İmtahanları çox uğurlu şəkildə verdikdən sonra Dövlət Neft Akademiyasının Mexanika fakültəsinə daxil oldu. Bütün fənnlərdən 5 almışdı. Çox utancaq idi. Heç vaxt bəziləri kimi özünü gözə soxan olmayıb. Amma onun qabiliyyətini, istedad və bacarığını hamı görürdü. Ona görə də yavaş-yavaş irəli getdi.

Artur müəllim gələcək həyat yoldaşı Aidə xanımla bir institutda işləyirdilər. Bir müddət sonra evləndilər. Sonra Aidə xanım Lənkərana gəldi. Arturun Nailə adlı bir qızı var, atası kimi istedadlı, bacarıqlı və mədəniyyətlidir.

Artur Rasizadənin uşaqlıq və gənclik illəri - FOTOLAR
Müəllimə ilə sağollaşıb baş nazirimizin uşaqlığının keçdiyi evə getdik. Bir vaxtlar Artur müəllimin ailəsi ilə birgə yaşadığı evdə indi bir dövlət idarəsi yerləşir. Daha sonra isə Baş nazirin təhsil aldığı Lənkəran şəhər 4 saylı orta məktəbinə baş çəkdik.

Artur Rasizadə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində çalışıb.

Artur Rasizadənin uşaqlıq və gənclik illəri - FOTOLAR
O zamanlar Artur Rasizdə ilə birlikdə AzİNMAŞ-da çalışan iş yoldaşları da baş nazirlə bağlı xatirlərini bölüşdülər. İlk müsahibimiz Baş nazirlə eyni vəzifədə çalışan, iş yoldaşı və həmyaşıdı olan Namiq Səfiyev oldu. Hazırda institutda elmi işçi olan N.Səfiyev Artur Rasizadənin ilk əmək fəaliyyətindən söhbət açdı və onunla bağlı xatirələrini bölüşdü:
"Artur müəllim çox sərt adam idi. Amma onunla yoldaşcasına da ünsiyyət qurmaq olurdu.

Bir dəfə katibə bizə zəng vurub dedi ki, Artur müəlllim təcili işçiləri otağına çağırır. Biz də tez onun otağına getdik və içəridə əyləşdik. Artur müəllim danışmağa başladı. Birdən qapı döyüldü. Zavodun şöbə müdirlərindən biri içəri daxil oldu və dedi:

"Artur müəllim, bağışlayın, bir az gecikdim". Artur müəllim şöbə müdirinin üzünə bir az baxdı və dedi: "Xahiş edirəm, çıxın gedin, qapını da o tərəfdən bağlayın". Hamımız bir-birimizin üzünə baxdıq və yavaş səslə dedik: "Qayda-qanun belə olmalıdır!"

Artur Rasizadənin gənclik illəri ilə bağlı xatirələrini bölüşən şəxslərdən biri də o vaxtlar, elə indinin özündə də AzİNMAŞ-da şöbə müdiri vəzifəsində çalışan Rafiq Hacıyev oldu.

Artur müəllimin də o vaxt maşını yox idi. İşə avtobus və metro ilə gələrdik. AzİNMAŞ-ın özünün də bir avtobusu var idi, adına "alabaş" deyirdilər. Daha öncələr isə 56 nömrəli avtobus bura gələrdi. O qədər dolu olardı ki, insanlar avtobusdan sallaşa-salaşa gələrdilər. Metro isə sonra açıldı.

Artur müəllimin mənə etdiyi bir yaxşılığı heç vaxt unutmamışam. Mən etiraz etdim. Amma o, yenə də mənə kömək elədi. Oğlum xəstə idi. Onun həkimi isə Saray qəsəbəsində olurdu. O vaxtı ora gedib-gəlmək çox çətin idi. Həmişə yoldaşlardan xahiş edirdim ki, maşınları ilə həftədə bir dəfə də olsa, oğlumu o həkimin qəbuluna aparım. Bir dəfə ailəliklə oturub fikirləşdik ki, çətinliklə də olsa, bir maşın alaq və uşağı özümüz həkimin yanına aparıb-gətirək, heç kəsə də əziyyət verməyək. O vaxtlar maşın almaq üçün gərək illərlə gözləyərdik. Fikirləşdik ki, mən də növbəyə yazılım. 3-4 ilə də növbə gəlib mənə çatacaq və maşını alacaqdım.

Bir gün idarəyə gəldim, maşınla bağlı ərizə yazdım. Axşam oldu. Artur müəllim birdən zəng vurdu və dedi ki, yanıma gəl. Getdim yanına. Gördüm poçtun önündə dayanıb və əlində mənim ərizəm var. Soruşdu ki, bu ərizəni niyə yazmısan? Dedim, Artur müəllim, övladım xəstədir onu tez-tez Saray qəsəbəsinə həkimin yanına aparmaq üçün mənə maşın lazımdır. Hər dəfə dostlardan xahiş edə bilmirəm. Ona görə yazdım ki, nə vaxtsa növbəm çatsa, mən də maşın alaram və oğlumu da həkimə özüm aparıb-gətirərəm.

O, sakitcə qulaq asdı və qayıtdı ki, "Məndə bir maşın var, özü də VAZ 2106-dır. Onu sənə verirəm". Artur müəllimə dedim ki, lazım deyil, camaat maşın gözləyir, onların növbəsini pozmayım; yoxsa hay-küy qaldıracaqlar, anonim məktublar yazacaqlar. Dedi ki, mən heç kəsdən qorxmuram, müdir kimi bunu etməyə ixtiyarım çatır və növbədən kənar həmin maşını sizə verirəm. Bir neçə gün sonra həmin maşını mənim adıma yazdılar. Artur müəllimin bu yaxşılığını heç vaxt unutmayacağam. O, mənim oğlumu xilas etdi.

Artur Rasizadənin uşaqlıq və gənclik illəri - FOTOLAR
Artur Rasizadənin uşaqlıq və gənclik illəri - FOTOLAR
Artur Rasizadənin uşaqlıq və gənclik illəri - FOTOLAR