» » Xoşbəxtliyi pulla almaq olarmı?

Xoşbəxtliyi pulla almaq olarmı?

Xoşbəxtliyi pulla almaq olarmı?

Tez-tez eşitmək olar ki, xoşbəxtliyi pulla almaq mümkün deyil. Lakin Nobel mükafatçısı, iqtisadçı Angus Deaton hesab edir ki, rifah ilə xoşbəxtlik hissi arasında müəyyən əlaqə var.

Prinston Universitetinin iqtisadiyyat və beynəlxalq əlaqələr üzrə professoru Angus Deatonun sözlərinə görə, onun xoşbəxtlik mövzusu cəmiyyəti daim ən çox maraqlandıran mövzulardandır.

Xoşbəxtliyi pulla almağı mümkün saymayanlar üçün onun fikirləri gözlənilməz görünə bilər.

Xoşbəxtlik nədir?

Filosoflar bu məsələdə yekdil fikrə gələ bilmirlər.
Professor Deatonun sözlərinə görə, xoşbəxtliyi ölçmək üçün o, əsasən, iki məsələyə diqqət verir.
Birincisi gündəlik xoşbəxtlik hissilə bağlıdırsa, ikincisi insanın ümumilikdə həyatından razı qalıb-qalmamasını nəzərdə tutur.
Misal üçün, professor belə bir sual verə bilər: "Dibi 0 xal, zirvə nöqtəsi isə 10 xal olan həyat nərdivanında siz özünüzü harada görürsüz?"

Xoşbəxtliyi pulla almaq mümkündür

Professor Deatonun sözlərinə görə, insanların həyatdan razı olub-olmamaları barədə suala cavabı birbaşa onların gəlirinə bağlı olur.
Yəni, Bill Geyts ondan daha az var-dövləti onlanlarla müqayisədə özünü daha xoşbəxt hiss etməlidir, professor zənn edir.
"Bu, loqarifmik şkalaya bənzəyir, nərdivanda yüksəlmək üçün sizə getdikcə daha çox pul lazım olur", - professor Deaton deyir.
Beləliklə, pulla xoşbəxtliyi almaq olarmış, ən azı, həyatdan razılıq hissini təmin etmək üçün.

Gündəlik xoşbəxtlik hissi

Bəs görəsən, hər gün "Necəsən, işlərin necə gedir?" sualına cavab verən insanlar gün ərzində yaşadıqlarını necə dəyərləndirirlər?
Professor Deaton hesab edir ki, gündəlik xoşbəxtlik hissi də puldan asılıdır, lakin bu, əsasən, illik gəliri təxminən $75,000 olanlara aiddir.

Professorun sözlərinə görə, ABŞ-da ildə $75,000-dən az qazananlar maddi təminatlarından narahatlıq hissi keçirdiklərindən, özlərini daha az xoşbəxt hiss edirlər.
"Pulsuzluq insanın gündəlik həyatını miskinləşdirirsə, normadan yuxarı əlavə qazanc elə bir böyük fərq etmir", - professor qeyd edir.

Beləliklə "Xoşbəxtliyi pulla almaq olarmı?" sualının cavabı qazancın miqdarı ilə yanaşı, xoşbəxtlik anlamının konkret şəxs tərəfindən necə başa düşüldüyündən də asılıdır.

Milli.az