» » Banklarda yeni sistem - Şəxsiyyəti təsdiq üçün selfie...

Banklarda yeni sistem - Şəxsiyyəti təsdiq üçün selfie...

Banklarda yeni sistem - Şəxsiyyəti təsdiq üçün selfie...

Londonda yerləşən bir sıra bankların tətbiq etdiyi yeni sistem müştərilər şəxsiyyətin identifikasiyası üçün selfie çəkməlidirlər.

Ucarliyiq.biz show.az-ın məlumatına əsasən bildirir ki, Nyu-Yorklu tərtibatçının yaratdığı "Percieve" proqram təminatı fırıldaqçılıq hallarının aşkarlanması üçün biometrik məlumatlardan istifadə edir. Proqram müştərinin şəxsiyyəti ilə əlaqədar əmin olmaq üçün qəbul edilmiş təsviri təhlil edir.

Proqram əlavə yoxlama kimi, həmçinin qəbul edilmiş şəkli Facebook, Twitter və LinkedIn kimi sosial şəbəkələrdəki şəkillərlə müqayisə edir. Yoxlama başa çatdıqdan sonra sistem ya ödənişi təqdir edir, ya da fırıldaqçılıq cəhdi haqda məlumat verir.

Məlumata əsasən, Londonun bir neçə iri bankı mövcud proqramın beta-versiyasından istifadəyə başlamağa hazırlaşır. Yeni sistemə keçid qərarı onunla bağlıdır ki, son il ərzində təxminən 5 milyon internet fırıldaqçılıq hadisəsi qeydə alınıb.