» » Skype vasitəsi ilə müsəlman olan qadın - FOTO

Skype vasitəsi ilə müsəlman olan qadın - FOTO

Skype vasitəsi ilə müsəlman olan qadın - FOTO

Xristian qadın təsadüfən müsəlman dinini qəbul edib.

Ucarliyiq.biz femida.az-a istinadən bildirir ki, maraqlı olay Praqada baş verib. 20 yaşlı Karina Levina adlı qız oxumaq üçün Çexiyanın paytaxı Praqaya gəlir. O, Səudiyyə Ərəbistanından olan gənc oğlanla tanış olur. Onun sonrakı taleyini özünün dilindən eşidək:

" Mən oxumaq üçün Praqaya gəldim. Burada Məşəl adlı bir ərəblə tanış oldum. İlk tanışlığımız çox maraqlı oldu. Mən ingilis dilində bilmirdim. O, isə ingilis dilində danışırdı. Mən ancaq ona bu sözü dedim "Nice to meet you" ( Tanışlığımıza şadam). Bir neçə gün keçdi. Bizim münasibətlərimiz get-gedə daha da isindi. Ancaq burada qalmaq üçün ona əlavə viza açmaq lazım idi. O, Praqaya 13 günlük gəldiyi üçün, vaxtı bitirdi. Ona görə də, Praqa polisi onu saxladı və ölkədən deportasiya etdi. Bu mənim üçün böyük sarsıntı idi. Elə zənn edirdim ki, bir daha onunla görüşməyəcəm. Təsadüfən, ondan sosial şəbəkələrdə olan adresini götürmüşdüm. Amma onunla hansı dildə danışacağımı bilmirdim. İlk vaxtlar tərcümə proqramlarının köməyi ilə onunla danışırdım.

Bir gün biz Məşəllə skype vasitəsi ilə danışırdıq. Onun dostları da yanında idi. O, ərəb dilində mənə nəsə dedi. Ancaq ərəb dilində bilmədiyim üçün heç nə başa düşmədim. Dostlarının tərcüməsindən sonra mənə dediyi sözün nə olduğunu anladım.

"Mənə ərə gələrsən"?... Bu söz əslində mənim çoxdan eşitmək istədiyim ifadə idi. Amma bizim mentalitet və dinimiz ayrı olduğu üçün buna ümid etmirdim. Onlar mənə dedilər ki, sizin evlənməyiniz üçün sənin mütləq müsəlman olmağın vacibdir. Skype vasitəsi ilə onlar ərəbcə sözlər dedilər və mən onları təkrarladım. Bundan sonra məni təbrik etdilər ki, siz artıq müsəlmansınız. Nə baş verdiyini anlamırdım. Sanki, yuxu görürdüm. Bundan sonra bizim münasibətlərimiz daha da ciddiləşdi.

Mən Praqda evdən çölə çıxmırdım. Çünki, müsəlman qadını geyinən hicab məndə yox idi. Məşəlin dostu mənə yeni geyim aldı. Onu geyinəndən sonra sanki, başqa insan oldum. Nəhayət, biz onunla Ərəbistana getdik. İlk günlər mənim üçün çox çətin idi…Bizim mədəniyyətlər tam bir-birinin əksidir. Mən orada siqaret çəkməyi və içkini tamamilə unutdum. İndi mən müsəlman qadınam. Bu adımla da fəxr edirəm.

Skype vasitəsi ilə müsəlman olan qadın - FOTO