» » Hədik niyə bişirilir?

Hədik niyə bişirilir?

Hədik niyə bişirilir?

Aşura günü xüsusi yemək hazırlamaq ənənəsi müsəlman xalqların əksəriyyətində vardır. Amma bunun səbəbləri hər xalqın milli təfəkküründə, mifologiyasında fərqli izah edilir. Məsələn, türklər "aşure" adlı yeməyi Həzrət Nuh Peyğəmbərin (ə) adı ilə bağlayır və bu xörəyin bişirilib paylanmasını matəm ayini kimi deyil, bayram ayini kimi keçirirlər. Azərbaycanda isə xalq adətinə görə, İmam Hüseyn (ə) ehsanı adı ilə "hədik" adlı paxlalı bitkilərin məhsullarından ibarət yemək hazırlanır və qohum-qonşuya hədiyyə olunur. Xalq içində gəzən inanca görə, guya Kərbəla əsirləri Şam xarabalığında qaldıqları zaman Əhli-beyt körpələri açından ağlamağa başlamış, bu zaman ərzaq olmadığı üçün Xanım Zeynəb uzaqların başını qatmaq niyyəti ilə qazanın içinə bir ovuc xırda daş atmış və "bir azdan xörək hazır olar, yeyərsiniz" deyə, onları ümidləndirmişdi. Allahın möcüzəsi ilə qazanın içindəki həmin daşlar dənli bitkilərə çevrilmiş və xörək hazır olmuşdu. Əlbəttə, bu rəvayətin doğru olması şübhə altındadır və yalnız xalq əsatiri kimi dəyərləndirilir.

İslam.az