» » Hitler qadın olub: Elm ictimaiyyəti şokda

Hitler qadın olub: Elm ictimaiyyəti şokda

Hitler qadın olub: Elm ictimaiyyəti şokda

Rusların 1945-ci ildə ələ keçirib Hitlerin olduğunu iddia etdikləri kəllə üzərində araşdırma kəllənin əslində bir qadına aid olduğunu üzə çıxarıb.

Ucarliyiq.biz cebhe.info-ya istinadla bildirir ki, Harvard Universitetindən bir qrup elm adamı nasist Almaniyasının lideri Adolf Hitlerin Sovet İttifaqı tərəfindən 1945-ci ildə ələ keçirilən və saxlanan kəlləsini genetik laboratoriyada araşdırıb. Alman liderinin olduğu iddia edilən kəllənin bir qadına aid olduğu müəyyən edilib. Universitetin professoru, araşdırmaçı Hans Verner kəllənin bir qadına aid olduğunu bildirərək "Connecticut" Universitetinin 2009-cu ildə gəldiyi qənaəti təsdiqləyib: "Biz bu nəticəni necə qəbul edə biləcəyimizi düşünürük. Bu necə mümkün ola bilər? Hitlerin həyatının belə əhəmiyyətli bir qisimini tarixçilərdən bu qədər uzun müddət necə saxlamaq mümkün olub?" O, Hitlerin kəlləsinin ən müasir texnaloji üsullarla araşdırıldığını ifadə edib. "World News Daily Report" internet saytına müsahibəsində Harvard Universitetinin professorunun tələbəsi James Connor da "Rusiya Dövlət Arxivindən verilən kəllə yüz faiz bir qadına aiddir" deyərək Verneri dəstəkləyib. Xatırladaq ki, isveçrəli yazar və məşhur bir tarixçi olan Abraham Zerlig də eyni iddianı 38 il əvvəl dilə gətirmişdi. 1976-ci ildə məşhur yazar, Die Frau Hinter Hitler (Hitlerin Arxasındakı Qadın) adlı kitabın müəllifi olan Abraham Zerlig Qərbi Berlin Universitetində 1970-ci illərdə təlim keçərkən qeyd edib ki, Hitlerin şəxsi doktoru olan Helmut Lang onun psixoloji anomaliyalara sahib olduğunu vurğulayıb. O, Hitlerin qadın olduğuna inandığına dair ifadələr səsləndirərək, Harvard Universitetinin DNT araşdırmasının nəticələrini təsdiqləmiş olub. Harvard Universitetinin araşdırmalarının nəticələri və Abraham Zerligin mövzuyla əlaqədar açıqlamaları gələn ay "History Channel"də nümayiş olunacaq.