» » İctimai nəqliyyatda gediş haqqı qol saatı ilə ödəniləcək

İctimai nəqliyyatda gediş haqqı qol saatı ilə ödəniləcək

İctimai nəqliyyatda gediş haqqı qol saatı ilə ödəniləcək

Dubay ödəniş kartlarından imtina etməyi planlaşdırır

Birləşmiş Ərəb Əmirliyinin Yol-Nəqliyyat İdarəsi ictimai nəqliyyatda ödəniş kartlarından imtina etməyi planlaşdırır. Əvəzində ödəniş funksiyasına malik saatlardan istifadə nəzərdə tutulur.

Ucarliyiq.biz a24.az-a istinadən bildirir ki, "Watch2pay" qol saatları 35-ci "GITEX Technology Week" sərgisində təqdim edilib.

"Qurğu mütəxəssislərimiz tərəfindən sınaqdan keçirilib. Hazırda Dubay sakinlərinin qurğu barədə rəyinin öyrənilməsi və optimal qiymətin müəyyənləşdirilməsi üçün sorğu aparılır"-idarədə gediş haqqının avtomatlaşdırılmış qaydada toplanılması üzrə direktor Xalid Al Avadi bildirib.

Saat daxili kredit kartı ilə təchiz ediləcək. Bunun sayəsində qol saatı ilə yalnız nəqliyyatda deyil, həm də ticarət mərkəzlərində ödəniş etmək mümkün olacaq. Saatın balansı bankomat, kassa və ya mobil proqramlar vasitəsilə doldurulacaq.