» » "Napalm qızı"nın həyat hekayəsi - FOTOLAR

"Napalm qızı"nın həyat hekayəsi - FOTOLAR

"Napalm qızı"nın həyat hekayəsi - FOTOLAR

"Napalm qızı" olaraq xatırlanan Kim Puk müalicə üçün ABŞ-ın Mayami şəhərinə gedib

Ən çox tanınan kadrlardan birinin qəhrəmanı, Vyetnam müharibəsi zamanı atılan napalm bombalarından qışqıraraq qaçan balaca qız Kim Puk, 52 yaşında olmasına baxmayaraq o dəhşətin izlərini hələ də daşıyır. "Napalm qızı" olaraq xatırlanan Vyetnamlı qadın, müalicə üçün ABŞ-ın Mayami şəhərinə gedib. Müalicə sırasında isə onu 1972-ci ildə həmin görüntünü çəkən Nick Ut ziyarət edib. 52 yaşlı qadının vəziyyəti normal olsa da, müalicəsini davam etdirməlidir.

Ucarliyiq.biz bizimyol-a istinadən "Napalm qızı" olaraq adlandırılmış şəklin tarixçəsini təqdim edir:

Dünyanın ən yaxşı amma həm də ən dəhşətli şəkilləri hamının marağında olub. Bu gün sizlərə o şəkillərdən biri haqqında məlumat verəcəyik.

Şəkili Associated Press-in foto müxbiri Nick Ut Amerika-Vyetnam müharibəsində çəkib. NBC-dən operator dostu Nick Uta Franbank kəndində çox ağır bir bombardımanın olduğu xəbərini verib. Kəndə gedən Ut gördüklərini belə danışır:

"Çox sayda yaşlı və uşaq kənddən qaçmağa çalışırdı. Hər yeri qap-qara dumanlar bürümüşdü. Amerika təyyarələri ərazini bombalamaya davam edirdi. A-37 təyyarəsi 4 bomba atdı. Ardından daha 4 bomba atdı. Napalm bombaları. Napalmililər bu formada həyatlarını itirdi. Abş, Vietnam müharibəsi boyunca 6 milyon ton bomba atdı. Bu rəqəm 2 -ci dünya müharibəsində ABŞ-ın atdığı bombalardan 3 dəfə çox idi. Bombardıman sırasında quçağında balaca uşağı daşıyan bir qadın gördüm. Çox pis görünürdü. Uşaq yanmışdı və dərisi çox pis vəziyyətdə idi. O, Vietnam dilində mənə kömək edin deyirdi. Mən isə bir yandan qaçırdım bir yandan da onların şəkillərini çəkirdim. O an qadının qucağındakı körpə obyektivimin önündə həyatını itirdi. Həmin sırada Mən Kimi gördüm (Kim fotodakı qollarını açaraq qaçan qızdır) . O, qollarını açıb qaçırdı. Qardaşı ilə birlikdə "xahiş edirik bizə kömək edin, çox istidir" deyə yalvarırdılar. "Layka" fotoaparatımla onların şəkillərini çəkdim. Kim yanımdan keçəndə bədənini gördüm. Sol qolu və beli Napalm bombasından yanmışdı. Dərisi tökülürdü. Çox acılı bir görüntü idi. Bu görüntülərdən sonra artıq şəkil çəkmək istəmirdim. Üzərimdə 4 fotoaparat var idi və onları bir-bir asfalta qoydum. Üstümdə daşıdığım 2 şüşə suyu Kimin bədəninə tökməyə başladım. O çox su içdi. BBC-dən başqa bir dostum da mənə kömək etdi. Sonra bir əsgərin yağışdan qorunmaq üçün geyindiyi geyimi alıb onu üstünü örtdüm. Daha çox lüt qalmasını istəmirdim. Onu və digər uşaqları maşına mindirdim. Hamısı öləcəklərini düşünürdülər. KİMə 30-35 dəqiqəyə xəstəxanaya çatacağımızı dedim. Gözlərindən yaşlar tökülürdü onun. O qədər pis yanmışdı ki, maşının içində öləcəyəni düşünürdüm. Çox gənc idim ve edəcəyimi bilmirdim. Çünki mən həkim deyildim. Xəstəxanaya çatdıq. Xəstəxana yaralılarla dolu idi. Xəstəxana işçiləri uşaqlara kömək edə bilməyəcəklərini çünki çox sayda yaralı olduğunu dedilər . Mən cibimdən müxbir vəsiqəmi çıxartdım. Xəstəxana işçisinə göstərərək dedim ki, mən müxbirəm və çox xahiş edirəm kömək edin. Əgər kömək etməsəniz və bu qız ölsə sabah xəstəxananızın başı ağrıyacaq. Bundan sonra Kimi və bütün uşaqları içəri aldılar. Mən sonra Sayqona geri döndüm. Şəkilləri redaktorumuza göndərdim. O, bu şəkli görərkən şoka düşmüşdü. Mən sonra həmin kəndə getdim və bir qadını ağlayaraq qaçan gördüm. Onu saxladım. O, Kim adlı qızını axtarırdı. Mən ona qızının yaxşı olduğunu və xəstəxanada olduğunu dedim.
O vaxtki, prezident Nikson şəkilin montaj olduğunu dedi. Vietnamdan məsul olan Amerikalı general isə Floridada keçirilən bir mətbuat konfransında bu şəkilin saxta olduğunu və o yanıqların qızartma yağından qaynaqlandığını iddia etdi. Bu sözlərdən sonra müxbirlər əlllərində bombaların necə düşdüyünü və uşaqların necə yanmasın göstərən kadrların olduğunu dedilər və görüntüləri izlətdilər. Görüntülərə baxandan sonra General üzr istədi.

Təxminən 1 il keçdi bu hadisədən. Mən yenə o kəndə getdim. Kəndin xarabaları içində həmin qızın fotolarını çəkdim. Ana və atasını yenə gördüm. Onlarla görüşdüm. Qız gülümsəyirdi. Ona niyə gülürsən deyə soruşdum. Cavabı isə bu oldu "Gülürəm ona görə ki, insanlara bu hekayəni danışmaq istəmirəm" "

Fotonun saxta olduğunu deyən Niksona isə tək deyə biləcəyim bir şey var. "Bu foto müharibənin bitməyinə çox köməklik etdi və o yanmış qız Kim, sağdır"

Qeyd: Şəkildəki bədəni yanmış qaçan qız Kim hal-hazırda əri və 2 uşağı ilə birlikdə Kanadada yaşayır. 1994-cü ildən bu günə kimi UNESCO-da xoşməramlı səfir vəzifəsində çalışır. O, bütün dünyanı gəzərək müharibə haqqında çoxlu hekayələr danışır.
Foto müxbir Nick UT isə hal-hazırda Los Angelesdə yaşayır. 42 ildir Associated Press üçün fotolar çəkir. 2009-cu ildə "Həyat Boyu Sülh" mükafatını qazanıb.
Kim və Nick Ut arasında əlaqə hələ də var. Kim onu uzu illər əvvəl xilas edən bu adama "Nick dayı" deyə müraciət edir.

"Napalm qızı"nın həyat hekayəsi - FOTOLAR
"Napalm qızı"nın həyat hekayəsi - FOTOLAR
"Napalm qızı"nın həyat hekayəsi - FOTOLAR
"Napalm qızı"nın həyat hekayəsi - FOTOLAR