» » Bürclərin ayrılıq səbəbləri

Bürclərin ayrılıq səbəbləri

Bürclərin ayrılıq səbəbləri

Hər dediyini etməyiniz, sizə sahib olduğunu, ovcunda olduğunuzu düşündürməyiniz, başqası ilə maraqlandığınızı hiss etdirməyiniz, qısqanclığınız, həddindən artıq sahiblənməyiniz sizdən bezməsi üçün yetərlidir.

Buğa bürcü

Ayrılmaq onlar üçün çətindir. Soyuqluğunuz, maddi güvənsizliyiniz, maddi qərarlarınızın tez-tez yanlış çıxması, çox pul xərcləməyiniz, dürüst olmamağınız ayrılmaq istəməsi üçün bəs edə bilər.

Əkizlər bürcü

Həddindən artıq qoruyucu və qısqanc olmağınız bəsdir. Sizi bir dəqiqənin içində unudar.

Xərçəng bürcü

Xəyal qırıqlığı yaşatmağınız, incitməyiniz, düşündüyü kimi biri olmadığınızı hiss etdirməyiniz, tənqidçi, şəfqətsiz, sərt hərəkətləriniz onu əsəbləşdirəcək və həmin an sizdən soyuyacaqdır.

Şir bürcü

Qürurunu qırmağınız, xətalarından danışmağınız, tənqid etməyiniz, təstəkləməməyiniz, vərdişlərini təqdir etməməyiniz çıxıb getməsinə səbəb ola bilər və bir də asanlıqla geri dönməz.

Qız bürcü

Diqqətli, ağıllı və istiqanlı olmamağınız kifayətdir. İntellektual sıviyyəniz və mədəni yetərliliyiniz də yoxdursa çox tez itirəcəksiniz. Geri dönməz. Ancaq qəlbinizi də qırmaz.

Tərəzi bürcü

Modern, populyar, baxımlı, hörmətcil olmamağınız yetərlidir. Nəzakətini pozmamaq üçün danışmadan tərk edəcəkdir.

Əqrəb bürcü

İdarəçiliyyi ya ona buraxmalısınız, ya da əlinizdən bir saniyə də qoymamalısınız. İdarəni itirmə hissi yaşaması ayrılmaq və sizi acıları içərisində qoymaq üçün yetərlidir.

Oxatan bürcü

Gəzməkdən xoşunuz gəlmirsə, başqa mədəniyyətlərə maraq duymursunuzsa və ağıllı biri olmadığınızı hiss edirərsinizsə, bu belə ayrılmaq üçün yetərlidir.

Oğlaq bürcü

Ən çətin ayrılan bürcdür. Əgər sizi yetərincə mənimsəyibsə bu belədir. Ailəsi haqqında danışdıqlarınız, madi etibarı itirməyiniz, işində dəstəkləməməyiniz, maddi mövzularda bədxərc və düşüncəsiz davranmağınız yetərlidir. Əlbəttə hamısı birlikdə olmaq şərti ilə.

Dolça bürcü

Onu istəmədiyinizi hiss etdirməyiniz, deməyiniz bəsdir. Bunlar olmasa belə məhdudlaşdırmağınız, sorğu suala çəkməyiniz, müdaxilə etməyiniz, dostlarına qarışmağınız ağır sözlərlə tərk edilməyinizə səbəb ola bilər.

Balıq bürcü

Bunun üçün səbəbə ehtiyac yoxdur. Çünki səbəblər hər an dəyişə bilər. Mənəvi dünyasını azacıq sarsacaq hər hansı konkret hadisə yetərlidir. Əsl səbəb öz mənafeyinə daha uyğun bir vəziyyət əldə etmiş olmasıdır.

leydi.az