» » Biznes qurmaq üçün ən rahat ölkələr - SİYAHI

Biznes qurmaq üçün ən rahat ölkələr - SİYAHI

Biznes qurmaq üçün ən rahat ölkələr - SİYAHI

Dünya Bankı və Beynəlxalq maliyyə korporasiyası biznes işinin təşkili üçün ən komfortlu ölkələrin illik "Business Doing 2016" reytinq siyahısını açıqlayıb.

"Business Doing" reytinqi 10 əsas meyar – müəssisənin rahat qeydiyyatı, tikintiyə verilən icazə, eletkrik şəbəkəsinin vəziyyəti, investorların hüquqlarının qorunması və s. prinsiplər üzrə tərtib olunub.

Ucarliyiq.biz modern.az-a istinadən bildirir ki, Azərbaycan "Business Doing 2016" reytinq cədvəlində 189 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Müəssisə qeydiyyatının rahatlığına görə Azərbaycan dünyada 7-ci, tikintiyə icazəyə görə 114-cü, elektrik şəbəkəsinə qoşulma rahatlığına görə 110-cu, özəl əmlakın qeydiyyatına görə 22-ci, kredit almaq proseduruna görə isə 109-cu pillədə qərar tutub.

Region dövlətlərindən Rusiya "Business Doing 2016" reytinqində 51-ci, Türkiyə 55-ci, Ermənistan 35-ci, İran 118-ci və Gürcüstan isə 24-cü olub.

Biznes işinin təşkili üçün ən rahat ölkələrin siyahısını təqdim edirik.

1. Sinqapur
2. Yeni Zellandiya
3. Danimarka
4. Cənubi Koreya
5. Honqkonq (Çin)
6. Böyük Britaniya
7. ABŞ
8. İsveç
9. Norveç
10. Finlandiya
11. Tayvan (Çin)
12. Makedoniya
13. Avstraliya
14. Kanada
15. Almaniya
16. Estoniya
17.İrlandiya
18. Malayziya
19. İslandioya
20. Litva