» » Bu adam 300 dollara 5 qitəni gəzib - FOTO

Bu adam 300 dollara 5 qitəni gəzib - FOTO

Bu adam 300 dollara 5 qitəni gəzib - FOTO

7 ölkənin 11 şəhərini, 5 qitəni üç həftədə dolaşdı, amma bu səyahətə cəmi 300 dollar ödədi. İnanılmazdır? Əsla, gerçəkdir.

Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, amerikalı bloqer Sem Huan bu səyahəti əsnasında hər uçuşda Birləşmiş Ərəb Əmirliklərinin "Amirates Airlines" aviaşirkətinin "A380 Airbus" superlaynerinə minib, biznes klasda oturub.

Normal halda o, uçuşları üçün minimum 60 min dollar ödəməliydi.

Bu adam 300 dollara 5 qitəni gəzib - FOTO
Amma səyahət Semə 300 dollara başa gəlib, çünki onun "Amirates Airlines" şirkətində "hava milləri" çox idi.
ABŞ-ın Pasadena ştatında yaşayan 26 yaşlı Semin sözlərinə görə, "TopMiles" proqramından yararlanıb: "Uçuşda çox bahalı "Dom Perignon Champagne" şampanından, 800 dollarlıq konyakdan ürəyim istədiyi qədər içmək, qara kürü yemək, duşda çimmək imkanım vardı. Bonus "mil"lərimdən və uçuşların əvvəlcədən bronlaşdırılmasındakı imkanlardan yararlanıb biletlərə 60 min dollar əvəzinə 300 dollar ödədim".
Bu adam 300 dollara 5 qitəni gəzib - FOTO
Onun sözlərinə görə, çox səyahət edir və hesabında 100 min saatlıq uçuş vardı. O, "Alaska Airlines"in verdiyi "mil bonus"larından istifadə edib, sonra "Amirates Airlines"də biletləri sifariş verərək uçuşları planlaşdırıb.