» » "iPhone 7"nin ekranı belə olacaq — FOTOLAR

"iPhone 7"nin ekranı belə olacaq — FOTOLAR

"iPhone 7"nin ekranı belə olacaq — FOTOLAR

"Apple" şirkəti gələcəkdə təqdim etməyi planlaşdırdığı"iPhone 7"də OLED ekranından istifadə edəcək.

Bu barədə məlumat bir çox texnologiya saytlarında yer alıb.

"Apple" bu günə qədər "iPhone"larda LCD ekranlara yer versə də, bu dəfə daha çox "Samsung"larda rast gəlinən OLED ekranlardan istifadə etməklə daha yüksək keyfiyyətə nail ola bilər. Bu cür ekranlar şişirdilmiş rənglərə görə tənqid olunsa da, xeyli populyardır.

Xatırladaq ki, 2016-cı ildə çıxacaq "iPhone 7" ilə bağlı yeni məlumatlar yayılmışdı.

Onlardan biri yeni smartfonun "Apple" korporasiyasının məhsulları arasında ən nazik olmasıdır. Yeni "iPhone" qalınlığı 6,1 mm olan "iPod Touch" və "iPad Air 2"dən nazik olacaq. Eyni zamanda 9 sentyabrda çıxan "iPhone 6" və "6 Plus"un qalınlığı müvafiq olaraq 6,9 və 7,1 olacaq.

"iPhone 7"nin ön kamerasının 5 meqapiksel, arxa kamerasının isə 12 meqapiksellik olması gözlənilir. "iPhone 6" ilə müqayisədə daha incə olacaq "iPhone 7"in qalınlığı, çox güman ki, 6.1 mm olacaq. "iPhone 7"lərin daha çox rəng çalarlarına sahib olacağı bildirilib.

"iPhone 7"nin ekranı belə olacaq — FOTOLAR
"iPhone 7"nin ekranı belə olacaq — FOTOLAR
"iPhone 7"nin ekranı belə olacaq — FOTOLAR
"iPhone 7"nin ekranı belə olacaq — FOTOLAR