» » Ən çox görülən yuxular və anlamları

Ən çox görülən yuxular və anlamları

Ən çox görülən yuxular və anlamları

Hündürlükdən yıxılmaq - Yuxuda hündür bir yerdən yıxılmaq şüuraltından gələn bir qırmızı bayraqdır. Bu yuxu, həyatınızda nəyinsə yanlış getdiyini, hardasa səhv etdiyinizi bildirir. Bu, şəxsi münasibətləriniz, işiniz, ailənizlə olan münasibətlər və s. ola bilər.

Uçmaq - göydə rahatca, aşağının gözəl mənzərəsini seyr edərək uçursunuzsa, bu hansısa sahədə irəliləyiş əldə edəcəyiniz, yüksələcəyiniz anlamını verir. Bundan başqa həyata baxış tərzinizdə müəyyən dəyişikliklər də olacaq. Yox, əgər uçarkən müəyyən maneələrlə qarşılaşırsınızsa, bu, hadisələri idarə gücünüzü itirdiyinizi, kiminsə sizin yolunuzun üstünə daş qoyduğunu göstərir. Eyni zamanda güvən əksikliyi hiss edirsiniz. Əgər yuxuda uçarkən qorxursunuzsa, yeni bir addim atmağa çəkinirsiniz.

Ölüm və ya xəstəlik - əgər son günlər gərgin hisslər yaşamısınızsa, belə yuxular görə bilərsiniz. Bu yuxu, həyatınızdan kiminsə getməsinə icazə verməniz gərəkdiyini ifadə edir.

Çılpaqlıq və ya cinsəllik - bu yuxular fizioloji, psixolji vəziyyətinizlə bağlıdır. Əgər həyatda güvənsiz hiss edirsinizsə, yuxuda özünüzü çılpaq görə bilərsiniz. Cincəlliklə bağlı yuxular isə, bu sahədə istəklərinizlə bağlı yaranır.

Yuxuda kimdənsə və ya nədənsə qaçarkən qovalanmaq - bu ən çox görülən yuxular içərisində bəlkə də, 1-ci yerdədir. Bu yuxu maraqlanmağınız lazım olan bir insandan və ya işdən qaçdığınızı göstərir.

Xəyanət - həyat yoldaşınız və ya sevdiyiniz şəxs sizə gündəlik həyatında çox vaxt ayırmırsa, belə yuxular görməyiniz normaldır.

Tələyə düşmək və ya itmək - dar bir ərazidə sıxışıb qalmaq həyatda doğru seçimlər etmədiyimizi və ya xosumuza gəlməyən bir şeydən qaçarkən qarşıladığımız uğursuzluğu göstərir.

Yuxuda dişimiz düşürsə - diş güvənin və gücün işarəsidir. Yuxuda diş düşməsi yaşlanmaq və ya çirkinləşmək qorxusunun göstəricisidir. Eyni zamanda dediyiniz bir sözün və ya etdiyiniz hərəkətin tamamilə yanlış anlaşılmasını ifadə edir.

İmtahanlar - bu cür yuxular adətən iş stressi və ya münasibətlərdəki gərginliklərlə bağlıdır. Həyatınızıda nələrisə yenidən dəyişdirməlisiniz.

Uşaq - uşaqlar yeni başlanğıcları ifadə edir. Bu, yeni bir həyat, yeni bir proyekt və s. ola bilər.

Gecikmək - əgər yuxuda mütəmadi olaraq harasa gecikirsinizsə, bu real həyatda hansısa önəmli fürsəti qaçırdığını ifadə edir.

Yemək - yuxuda yemək görmək fizioloji və psixoloji baxımdan əksikliyi ifadə edir. Məsələn, meyvələr duyğusallığı, ət heyvani arzuları, tərəvəzlər isə sağlam münasibətləri ifadə edir. Yuxuda yeməyi gizlədirsinizsə, bu sahib olduğunuz bir şeyə güvənmədiyinizi ifadə edir.