» » Şəlpə qulaqlar artıq əməliyyatsız düzəldilir

Şəlpə qulaqlar artıq əməliyyatsız düzəldilir

Şəlpə qulaqlar artıq əməliyyatsız düzəldilir

İnsanda özünə inamsızlıq yaradan şəlpə qulaq problemi artıq əməliyyatsız üsulla düzəldilə bilir.

Ucarliyiq.biz publika.az-a istinadla bildirir ki, bu problemi aradan qaldırmaq üçün tibbi saplardan istifadə olunur.

Türkiyəli estetik cərrah Bülənd Cihantimurun sözlərinə görə, insanlar cəmiyyət içində özlərini bu şəkildə rahat hiss etmədikləri üçün həkimə müraciət edirlər. O: "Şəlpə qulaq problemi genetik problemdir. Bu zaman qulaq qığırdağı düzgün inkişaf etmir və normadan artıq böyüməyə başlayır. Eyni zamanda bu hal hər iki qulaqda bir-birindən fərqli şəkildə müşahidə oluna bilər", - deyə bildirib.

Cihantimur bildirib ki, şəlpəqulaqlar tibbi saplarla kiçik estetik müdaxilə ilə düzəldilir. Həkim: "Bu zaman xəstənin sosial həyatından ayrılmasına gərək qalmır və tez sağalır. Əməliyyat lokal anesteziya altında həyata keçirilir. Bədənə hər hansı bir zərəri olmayan tibbi saplardan qulaq qığırdağının kəlləyə yaxınlaşdırılması üçün istifadə edilir. Saplar xüsusi qeyd olunmuş yerlərə yerləşdirilir.

Əməliyyat son dərəcə praktikdir. Kiçik estetik müdaxilə bitdikdən sonra sonra xəstənin başına yalnız saç bantı bağlanılır və yola salınır. Müasir insan həyatı çox aktiv və gərgindir. Artıq insanların estetik əməliyyatlara xüsusi vaxt ayırmalarına imkanları yoxdur. Dərhal sağalmaq və xəstəxanadan çıxmaq istəyirlər. Bu üsulun xəstəyə uyğun olub-olmadığını başa düşmək üçün müayinə olmanız lazımdır. Başa taxılan bant, sadəcə, bir neçə gün qulaqları mümkün xarici təsirlərdən qorumaq üçün taxılır", - söyləyib.