» » Bu qadın 30 ildir meşədə tənha yaşayır - FOTOLAR

Bu qadın 30 ildir meşədə tənha yaşayır - FOTOLAR

Bu qadın 30 ildir meşədə tənha yaşayır - FOTOLAR

Sibirdə köhnə təriqətçi ailəsindən olan Aqafya Lıkova tərkidünya həyat tərzini seçib. O, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır. Qərbi Sayanda Abakan sıra dağlarında yaşayır.

Aqafya Lıkova 1945-ci ildə (bəzi mənbələrə görə, 1944-cü ildə) Sayanda doğulub. Ailəsi Karp Osipoviç və Akulina Karpovna XX əsrin 30-cu illərinin sonunda öz inanclarına görə təqibdən ehtiyatlanaraq çətinliklə gedilə bilən Sibir tayqalarına qaçıblar.

1946-cı ildən Xakasiyadakı Yerinat çayının sahili Lıkovanın daimi yaşayış yerinə çevrilib. Buradan ən yaxınlıqdakı kəndə getmək üçün iki həftə vaxt lazımdır, həm də keçilməz meşədən piyada getməklə.

Lıkova vaxtilə atasının tikdiyi balaca bir daxmada yaşayır. Daxmanın elektrik enerjisi yoxdur, odun vasitəsilə qızdırılır.

Lıkovanın anası 1961-ci ildə, atası isə 1988-ci ildə vəfat edib. O vaxtdan tamamilə tənha yaşayan Aqafya "qadın işi", "kişi işi" demədən hər şeyi özü edir.

Lıkovanın ana və atası sovməə (keşişsiz) inancına məxsus köhnə təriqətçi idilər. Bu dini qrup 1950-ci illərdən Rusiyada təqib olunurdu. Pravoslav kilsəsi köhnə təriqətçiləri "raskolniklər" adlandırırdı.

Lıkova barəsində bir neçə film çəkilib, kitablar yazılıb. Ən məşhuru sovetlər dönəminin tanınmış jurnalist və yazıçısı Vasily Peskovun yazdığı "Tayqa dalanı" adlı sənədli povestdir.

Yerli hökumət orqanları Lıkovaya dəfələrlə tibbi və digər yardımlar göstərməyə çalışıblar, amma o, bundan hər dəfə imtina edib.

virtualaz.org