» » Azarkeşlərin səs-küyü təyyarənin enişinə səbəb oldu

Azarkeşlərin səs-küyü təyyarənin enişinə səbəb oldu

Azarkeşlərin səs-küyü təyyarənin enişinə səbəb oldu

Porto - İstanbul marşrutu ilə uçan "Turkish Airlines" şirkətinə məxsus təyyarə İtaliyanın paytaxtı Romada məcburi eniş edib.

ucarliyiq.biz-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, buna səbəb təyyarədə olan İsrail komandası "Makkabi"-nin azarkeşlərinin səs-küy salması olub. Səs-kük digər sərnişinlərin narahatçılığına səbəb olduğundan, kapitan məcburi eniş etməyə qərar verib.

Qeyd olunur ki, azarkeşlər İstanbulda tranzitlə Portodan Tel-Avivə Çempionlar Liqasının qrup mərhələsi çərçicəsində keçiriləcək "Makkabi" - "Porto" oyununu izləmək üçün yola düşmüşdülər.

Qayda pozan sərnişinlər Romada saxlanılıb, təyyarə isə İstanbula yolunu davam etdirib.