» » Üzü daha incə göstərən MAKİYAJ SİRLƏRİ - VİDEO

Üzü daha incə göstərən MAKİYAJ SİRLƏRİ - VİDEO

Üzü daha incə göstərən MAKİYAJ SİRLƏRİ - VİDEO

Kök qadınlar, yaxud girdəsifət qızlar arıq görünməyin yollarını axtarırlar.

Bu yazıda xüsusilə yupyumru yanaqlara malik xanımlar üçün üzü incə göstərən makiyaj texnikasını izah edirik.

Peşəkar vizajistlər deyirlər ki, kosmetik vasitələrdən istifadə etməklə korreksiya yolu ilə üzü vizual olaraq incə göstərmək mümkündür.

Bunun üçün tonal krem və bronzer vasitəsilə kontur üsulu tətbiq olunur. Bu üsul üz cizgilərini vurğulayan ən yaxşı metoddur. Tonal krem təbii dəri rənginə yaxın olmalıdır. Bronzeri isə dəri tonundan bir neçə ton tutqun seçməlisiniz.

Makiyaja yüngül tonal krem tətbiqi ilə başlayın. Bronzerin köməyi ilə yanaqları, daha sonra yanaqları dişlərinizin arasına doğru çəkməklə almacıq sümüyünün alt hissəsindəki boşluqdan gicgahlara doğru olan hissəni fırçalayın. Son olaraq alının kənarlarına bronzer çəkərək makiyajı tamamlayın. Vəssalam, üzü incə göstərmək bu qədər sadədir!

Üzü incə göstərmək istəyirsinizsə, dodaq və qaşları da unutmayın. Qaşların forması təbii və uzun olmalıdır ki, üzünüz maksimum dərəcədə incə görünsün. Dodaqların təbii görünməsi üçün şəffaf dodaq boyaları istifadə etmək tövsiyə olunur. Dodaqların kənarlarını boyamaq məsləhət deyil, əsas diqqət dodaqların mərkəzinə yönəlməlidir.

Qeyd edək ki, üzünüzün incə görünməsində saç düzümünün də böyük rolu var. Məsələn, çiyinə atılan saçlar üzü daha arıq göstərir.

pubkia.az