» » Bunlar səhvən icad olunub

Bunlar səhvən icad olunub

Bunlar səhvən icad olunub

Bir çoxumuz gündəlik həyatımızda istifadə etdiyimiz bəzi əşyaların necə yarandığı, icad olunduğu barədə xəbərsizik. Bu xəbərdə biləcəksiniz ki, əslində istifadə etdiyimiz əşyaları kimlər nə məqsədlə yaradıb.

Sizə səvhən başa gələn icadları təqdim edir.

1. Tomas Adams plastik bir maddə hazırlamaq istəyib? amma əvəzində saqqız əldə edib.

2. Harri Brerlinin əsas məqsədi daha yaxşı silah icad etmək olsa da o, paslanmayan poladı yaradıb.

3. 1955-ci ildə Cozef və Noah McVicker divar kağızı təmizləyən maddə istehsal etməyə çalışarkən plastilin əldə ediblər.

4. Kimyaçı Roy Plunkett hava sərinlədən cihaz kəşf etməyə çalışsa da reaksiyaya girməyən və yapışmayan kimyəvi maddə tapıb.

5. Super Yapışqan isə İkinci Dünya Müharibəsində istifadə olunan silahlara daha yaxşı durbin istehsal etmək istəyərkən əldə edilib.

6. Koka-kola isə əslində Morfin asılılığına alternativ dərman olaraq icad edilib.