» » Bakıda şadlıq sarayında kütləvi zəhərlənmə - Video

Bakıda şadlıq sarayında kütləvi zəhərlənmə - Video

Bakıda şadlıq sarayında kütləvi zəhərlənmə - Video

Bakıda şadlıq sarayında qidadan zəhərlənən onlarla şəxs xəstəxanaya yerləşdirilib.
ANS TV-nin məlumatına görə, ötən gün baş tutan şadlıq mərasimi zamanı onlarla şəxsin zəhərləndiyi bidırilir. Şadlıq sarayında öz qızını toy mərasimi keçirən Əlibaba Əliyev deyir ki, 300 nəfərdən çox qonaq dəvətli olub.
Toydan sonra qonaqların əksəriyyətində kəskin sancı və qızdırma müşahdə edilib. Bundan sonra həmin şəxslər xəstəxanaya yerləşdirilib. Bir-birindən xəbərsiz olan qonaqlar yalnız xəstəxanada xəbər alıblar ki, sən demə şadlıq sarayındakı qidalardan zəhərləniblər.
“Hazırda bacım oğlunun uşaqları, eləcə də öz oğlumun vəziyyəti yaxşı deyil. Həmin gün oğlumun qızdırması yüksək olduğunda buzun içərisində saxlayıblar. Eyni zamanda yoldaşım və qızım da xəstəxanadadır. Vəziyyəti sabit olan 5-6 nəfər evə buraxılıb”, - deyə Əlibaba Əliyev bildirib.
Şadlıq mərasimində zəhərlənənlərin əksəriyyəti bunun səbəbini süfrəyə düzülən salatlarda görür.
“Süfrədə olan bütün nemətlərdən dadmışdım. Axşam saatlarında iki dəfə olmaqla qızdırmam qalxdı. Həkimlərin səyi nəticəsində hazırda vəziyyətim normaldır, özümü yaxşı hiss edirəm”, - deyə zərərçəkən Rəfael Süleymanov qeyd edib.
Hətta elələridə vardır ki, zəhərlənmə diaqnozu ilə ailəlikcə xəstəxanaya yerləşdirilib. Həmin ailənin üzvü Sədulla Səfərov deyir ki, o, səhər saatlarında huşunu itirib. Sonra görüb ki, o, ailə üzvlərilə bərabər xəstaxanda yatır.
Zəhərlənənlərin əksəriyyəti gecə saatlarında 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Xəstəxananın həkimlərinin dediyinə görə, dünən gecə saatlarında 46 nəfər zəhərlənmə diaqnozu ilə qəbul edilib. Onlardan 21-i artıq evə buraxılıb. 25 nəfərin isə vəziyyəti kafidir.
Toyda qidadan zəhərlənməsi ehtimal edilən, hətta azyaşlılarda onlardan 8 nəfəri 7 saylı uşaq yoluxucu xəstanasına yerləşdirilib.
“Zəhərlənmə diaqnuzu ilə xəstəxanaya ümumilikdə 6 uşaq gətirilib. Onların arasında – 14 , 17, 18, eləcə də 3, 4, hətta bir yaş yeddi aylıq olmaqla müxtəli yaş qruplarından olan uşaqlar var. Hazırda iki azyaşlı reanimasiya şöbəsindədir”, - deyə Baş həkim Məhəbbət İbrahimova bəyan edib.
Baş vermiş məlum hadisə ilə əlaqədar sözügedən şadlıq sarayı bağlanıb. Və mərasim zalındakı qidalardan nümünələr götürülüb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.

Mənbə: Ans</span