» » Ağıllı adapret telefonunuzun batareyasının ömrünü uzadacaq - VİDEO

Ağıllı adapret telefonunuzun batareyasının ömrünü uzadacaq - VİDEO

Ağıllı adapret telefonunuzun batareyasının ömrünü uzadacaq - VİDEO

Telefonların uzun müddət adapterə taxılı qalması isinmə və kiçik şarj dövrü kimi problemlər yaradaraq telefonunuzun batareya ömrünü yavaş-yavaş azaldır.

İnkişaf etdirilən ağıllı adapter "UsBidi"-nin köməyi ilə bu problemlərin qarşısı alınacaq.

Yeni adapterlə bütün gecə adapterə taxdığımız telefonumuzun batareyası dolduğunda enerji transferi avtomatik olaraq kəsilir. Beləliklə, isinmə və kiçik şarj dövrü problemi həll edilir. Nəticədə batareya sağlam qalır və ömrü uzanır.

LED işıqlı bildirişlər, rəngli kabellər kimi xüsusiyyətlərə sahib UsBidi-nin ən vacib xüsusiyyəti iki dəfə sürətli enerji dolumu vəd etməsidir.

Qeyd edək ki, hazırda Kickstarter çərçivəsində 23 dollara satılan UsBidi kampaniyanın bitməsinə 29 gün qalmasına baxmayaraq 400 min dollar toplamağı bacarıb. 35 dollara satışa çıxarılacaq UsBidi-nin həm Apple cihazlar üçün, həm də Android cihazlar üçün versiyası mövcud olacaq.

technews.az