» » Ata 5 yaşlı qızına "toy" etdi - Fotolar

Ata 5 yaşlı qızına "toy" etdi - Fotolar

Ata 5 yaşlı qızına "toy" etdi - Fotolar

Amerika Birləşmiş Ştatlarında yaşayan bir ailə 5 yaşlı qızının ad günündə onun toyunu da qeyd edib. Ucarliyiq.biz-in məlumatına görə, iyulun 31-də Lila May adlı qızın 5 yaşı tamam olub. Amma balaca qızcığaz xərçəng xəstəliyindən əziyyət çəkir. Xəstəliyi çox inkişaf etdiyinə görə həkimlər onun növbəti ad gününə qədər yaşaya bilməyəcəyini deyiblər.
Ata 5 yaşlı qızına "toy" etdi - Fotolar

Lila May və ögey atası
Onlar Lilanın oktyabr ayına qədər yaşamasını belə möcüzə hesab edirlər. Lilanın bədəni kifayət qədər qüvvətli olmadığı üçün kimyaterapiya müalicəsini də yarımçıq saxlamağı məsləhət görüblər.
Ata 5 yaşlı qızına "toy" etdi - Fotolar

Lila May uzun müddət xəstəxanada müalicə alıb.
Bu dəfəki ad gününün onun üçün sonuncu ola biləcəyini düşünən ailəsi ona xüsusi ad günü şənliyi təşkil etmək qərarına gəlib. Bunun üçün Lila May haqqında "Facebook" sosial şəbəkəsində xüsusi səhifə yaradılıb. Bu səhifədə onun ad günü şənliyi haqqında məlumat veriləndən sonra minlərlə insan ona dəstək olub.
Ailənin təşkil etdiyi qeyri-adi ad günü şənliyinə minə yaxın tanımadıqları insanın gəlməsi ailəni də çox təəccübləndirib. Ad günü şənliyini də elə həmin səhifə vasitəsilə toplanan vəsait hesabına ediblər.
Şənlikdə şahzadə paltarı geyinən Lila qırmızı xalça üzərində yeriyib. Valideynləri balaca qızcığazın yeniyetməlik və gənclik illərində yaşayacağı bütün xoş günləri bir günə sığışdırıb; 5-ci ad günündə ona həm məzuniyyət şənliyi, həm də də toy ediblər. Saxta toyda balaca Lila ögey atasının "evlilik təklifi"nə "hə" deyib, onunla amerikalılara xas olan toy rəqsi edib.
Ata 5 yaşlı qızına "toy" etdi - Fotolar

Lila May ögey atası ilə rəqs edərkən
Lilanın anası "Facebook"da paylaşdığı yazıların birində qızının çox xoşbəxt olduğunu bildirib. "Lilanın ad günü çox möhtəşəm idi. Biz bu gün səhər oyananda bunun gözəl bir yuxu olduğunu düşündük, amma sonra gördük ki, bu, həqiqət idi. Lila dedi ki, ad günündə onun şərəfinə sehrli nağıllardakı kimi bal təşkil edilmişdi. Mən xoşbəxtəm", - deyən qadın sosial şəbəkə vasitəsilə Lilanı ad günündə sevindirən hər kəsə təşəkkür edib.
Ata 5 yaşlı qızına "toy" etdi - Fotolar

Lila May
Ata 5 yaşlı qızına "toy" etdi - Fotolar

Lila May xəstəxanada

Mənbə: Ans</span