Əhval-ruhiyyənin rəngi

Əhval-ruhiyyənin rəngi

ABŞ-ın Roçester Universitetinin mütəxəssisləri insanın əhval-ruhiyyəsi ilə rəng duyumu arasında qarşılıqlı əlaqə aşkar ediblər.

Tədqiqatda 127 könüllü tələbə iştirak edib.

Amerika alimləri tədqiqatda iştirak edən könüllüləri iki qrupa ayırıblar. Birinci qrup qəmli süjeti olan videoçarxlara, ikinci qrup isə şən süjetli videoçarxlara tamaşa edib. Eksperimentin ikinci mərhələsində tələbələrə 48 müxtəlif rəng göstəriblər və bu rənglərin hansı rəng kateqoriyasına (sarı, yaşıl, qırmızı və ya göy) aid olduğunu soruşublar. Məlum olub ki, kədərli videoçarxlar rəng duyumunda konkret dəyişikliklər yaradıb. Birinci qrupdakı könüllülər göy-sarı oxdakı rəngləri şən videolara baxanlara nisbətən daha pis ayırd ediblər.

Müşahidə edilib ki, ovqatı təlx olan adamlar dünyanı həqiqətən boz və darıxdırıcı görürlər.

Rəy sayı 0

Rəylərinizi bildirin.

.

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent