» » Hamilə olduğunu doğuşdan 1 saat əvvəl öyrəndi

Hamilə olduğunu doğuşdan 1 saat əvvəl öyrəndi

Hamilə olduğunu doğuşdan 1 saat əvvəl öyrəndi

ABŞ-ın Boston şəhərində yaşayan Cudi Braun hamilə olduğunu, doğuşdan 1 saat əvvəl öyrənib. 47 yaşında dünyaya salamat uşaq gətirən qadın, yaşadığı xoş təəssürat mediaya izah edib.
Xəstəxanaya şiddətli sancılarla gələrkən nəsə ağır xəstəliyə yoluxduğunu düşünən Cudi, ana olacağını eşidəndə qulaqlarına inanmayıb. Bu duyğunu izah etməyin çətin olduğunu deyən amerikalı qadın 22 il sonra yenidən ana olduğuna görə çox sevindiyini bildirib.
Bəs necə olub ki, o qədər şişman olmayan bu qadın bətnindəki uşaqdan xəbərsiz olub? Cudi Braun deyir ki, evləndikdən 22 il sonra, 47 yaşında hamilə qalacağı ağlına belə gəlməyib. O bu ehtimal haqqında heç düşünmədiyindən, bətnində böyüməkdə olan uşaqdan xəbərsiz olub.
Cudi yalan demir. Həkimlərin sözlərinə görə nadir hallarda qadınlar ən son anadək hamilə olduqlarının fərqinə varmır. Bu dəfə isə həmin nadir hallardan biri qeydə alınıb.

atv.az