» » Göyərçinlər şəhər merinə hücum etdi - VİDEO

Göyərçinlər şəhər merinə hücum etdi - VİDEO

Göyərçinlər şəhər merinə hücum etdi - VİDEO

"Bizi parkdan qovsan, bizdə sənin başına çıxarıq".

Peruda göyərçinlərin, onları parkdan uzaqlaşdırmaq qərarına gələn şəhər merinə cavabı olduqca unikal alınıb. Arekipa şəhərində baş verən qəribə olay dünya mediasında da xəbər başlığına çevrilib.

Şəhər mərkəzindəki parkda son vaxtlar göyərçinlərin sayının artmasından şikayətlənən MER istirahət mərkəzini bu quşlardan təmizləyəcəklərini bəyan edib. Atılacaq addımlarla bağlı yerli telekanallardan birinə müsahibə verməyə hazırlaşan 64 yaşlı mer, çəkilişin ortasında gözləmədiyi müdaxilə ilə üzləşib. Müsahibə zamanı göyərçin merin çiyninə qonub.

Heç bir reaksiya göstərmədən müsahibəyə davam edən mer daha ağır məqamla üzləşib. Bir anda quşlar, onları tənqid edən merin üstünə daraşıb.

Peruda məsxərə obyektinə çevrilən mer inadından əl çəkmir. Onun sözlərinə görə müsahibə ərzində baş verənlər əslində parkda vəziyyətin nə qədər dramatik hal aldığını sübut edir.