» » Bel çantası ilə ilk uçuş həyata keçirildi - FOTO+VİDEO

Bel çantası ilə ilk uçuş həyata keçirildi - FOTO+VİDEO

Bel çantası ilə ilk uçuş həyata keçirildi - FOTO+VİDEO

ABŞ-ın "JetPack Aviation" şirkəti personal reaktiv bel çantasını (JB-9) təqdim edib.

"N+1" portalının verdiyi məlumata görə, Nyu-Yorkda "cetpak"ın ilk uçuşu həyata keçirilib. Uçuş ABŞ mülki aviasiyası və sahil mühafizəsi ilə razılaşdırılıb.

JB-9 "cetpak"ının konstruksiyasında qaldırıcı gücü 2 turboreaktiv mühərrik təmin edir. Başqa texniki detallar hələlik açıqlanmır. Lakin "YouTube"da yerləşdirilən videodan və pilotun əlindəki taymerdən anlamaq olur ki, JB-9 hələlik havada cəmi 4,5 dəqiqə qala bilir.

Şirkətin qurucusu, pilot Devid Meyman bildrib ki, "JetPack Aviation" personal uçuş aparatları texnologiyalarının işlənib hazırlanması məqsədilə yaradılıb. Gələcəkdə layihə komandası hazırlanan texnologiyanın kommersiya tətbiqinə nail olmaq niyyətindədir.

ikt.lent.az