» » Milyonları var, fəhləlik edir - VİDEO

Milyonları var, fəhləlik edir - VİDEO

Milyonları var, fəhləlik edir - VİDEO

3 ton pulu var. Lakin fəhləlik edir, yemək, geyim almağa pul tapmır.

Türkiyənin Qaziantep şəhərində yaşayan 48 yaşlı Əsat Qaplan qəribə həyat hekayəsi ilə xəbər mövzusu olmağı bacarıb.

Müxtəlif vaxtlarda, müxtəlif ölkələrdən əldə etdiyi bu pullar sayəsində Esat Kaplan hazırda bir xəzinə sahibidi. Milyonçudu. Lakin bu qədər pulunun olmasına baxmayaraq, nə özünə ev, nə geyim, nə də ki avtomobil alır. Səbəb isə qəribə olduğu qədər də gülüncdür. Esat Kaplan adlı bu şəxs pulları xərcləmək üçün yox, muzeydə sərgiləmək üçün yığdığını deyir. Hətta bu simicliyinə görə, vaxtilə anası onu pulları ilə birgə evdən də qovub.

Hazırda pulları daxmasında qonaqlara sərgiləyən Esat yaxın zamanlarda muzey açacağına belə inanır.