» » "iPhone" qulaqcığının 10 funksiyası

"iPhone" qulaqcığının 10 funksiyası

"iPhone" qulaqcığının 10 funksiyası

"iPhone"ların qulaqcıqları hər zaman insanlar tərəfindən bəyənilib. Bəs hamımız "iPhone" qulaqcığı ilə edilə biləcəklərimizin fərqindəyik?

"iPhone" qulaqcıqları ilə aşağıdakı 10 funksiyanı yerinə yetirə bilərik:

1. Mahnını başlatmaq / dayandırmaq: Sadəcə mərkəzdəki düyməni basmaq lazımdır.

2. Növbəti mahnıya keçmək: Mərkəzdəki düyməyə iki dəfə basmaq lazımdır.

3. Mahnını yenidən başlatmaq: Mərkəzdəki düyməyə üç dəfə basmaq lazımdır.

4. Mahnını / Videonu irəli yığmaq: Mərkəzdəki düyməni iki dəfə basmaq, ancaq ikinci dəfə bir az çox basılı saxlamaq lazımdır.

5. Mahnını / Videonu geri yığmaq: Mərkəzdəki düyməni üç dəfə basmaq, ancaq üçüncü dəfə bir çox basılı saxlamaq lazımdır.

6. Şəkil çəkmək: Kamera tətbiqi açıq ikən səs artırma və ya azaltma düyməsini basmaq lazımdır.

7. Gələn zəngə cavab vermək / danışığı bitirmək: Zəng gəldiyi zaman mərkəz düyməsini basmaq lazımdır. Eynilə mərkəz düyməsini basaraq zəngi bitirmək mümkündür.

8. Bir zəngi gözlədərək digərinə keçmək: Telefonla danışdığınız zaman yeni zəng gəlirsə, birini gözlədib digərinə keçmək üçün mərkəz düyməni basmaq lazımdır.

9. "Siri" ilə danışmaq: "Siri" ilə danışmaq üçün mərkəz düyməsini basılı saxlamaq lazımdır.

10. "Mac" və "iPad" ilə istifadə: Yuxarıda saydığımız bütün funksiyalar "Mac" və "iPad"-lərdə də eynilə keçərlidir.

technews.az