» » Doğan arvadı ilə selfi etdi - FOTO

Doğan arvadı ilə selfi etdi - FOTO

Doğan arvadı ilə selfi etdi - FOTO

Qil Solano adlı şəxsin həyat yoldaşının doğuş zamanı çəkdiyi selfi şəbəkəni "partladıb".

Şəkil "Reddit" sosial şəbəkəsində dərc olunub.

Qilin sosial şəbəkədəki səhifəsində yerləşdirdiyi fotodan bəlli olur ki, həyat yoldaşı Sara doğuş zamanı ağrıdan əziyyət çəkdiyi anda o, fotokameraya gülümsəyib. O, şəklə şərh yazıb ki, onun həyat yoldaşı qızının doğulması kimi gözəl anı yaddaşlara həkk etmək istəyib.

Qilin oğlanları ona analarının durumu ilə bağlı suallar verirdilər. Ancaq sekfi etmək istədiyi an oğlanlar onların yanında olmayıb. Sara şəkli görərək gülüb və dərhal doğub.

İki gün ərzində bu orijinal şəkli 2,4 milyon insan izləyib, 7,5 min nəfər yenidən paylaşıb, 330 şərh yazılıb.

İstifadəçilərin şərhlərinə cavab verən Qil qeyd edib ki, yeni doğulan qızının çəkisi 3,3 kiloqramdır. O, şərhləri oxuyaraq və onlara cavab yazaraq, eyni anda uşağı yedirdir. Balaca qızcığaza Yeva adı verilib.

ikt.lent.az