» » Xurmanın 8 faydası

Xurmanın 8 faydası

Xurmanın 8 faydası


Xurma soyuqdəymədən qoruyur,ürəyi möhkəmləndirir, bir sözlə sağlamlığın qorunmasının ən faydalı məhsuludur.



1. Xurma bütün orqanizmin sağlam olması üçün lazım olan kalium, kalsium, maqnezium, fosfor, dəmir və digər elementlərlə zəngindir.


2.Xurmanın tərkibindəki faydalı mikroelementlər almanın tərkibindəkindən 2 dəfə çoxdur .Ona görə xurma mədə-bağırsaq sisteminin işinə çox yaxşı kömək edir.


3.Xurma dietik məhsul sayıldığından maddələr mübadiləsinə müsbət təsir göstərir.


4.Xurmanın tərkibində olan antioksidantlar dəri üçün əvəzsiz məhsuldur.O dəridə vaxtından əvvəl qırışların yaranmasının qarşısını alır.


5.Xurmanın tərkibində olan qlükoza və fruktoza ürək -damar xəstəliklərinin qarşısını almağa kömək edir.Ürəyi möhkəmləndirir.


6.Xurmanın tərkibində olan maqniya böyrəklərdə daşın yaranmasını sıfıra endirir.


7.Xurma yorğunluğu aradan qaldırır,əsəb sistemini sakitləşdirir.


8.Xurma soyuqdəymə və öskürək zamanı çox faydalıdır.1 xurmanın şirəsini 4 xörək qaşığı isti suyla qarışdırıb,bu məhlulla böğazı yaxalamaq lazımdır.