» » Şəkillərdə nə hisslər keçirdiyiniz təyin ediləcək

Şəkillərdə nə hisslər keçirdiyiniz təyin ediləcək

Şəkillərdə nə hisslər keçirdiyiniz təyin ediləcək

"Microsoft" şirkəti əyləncəli layihələrinə birini də daxil edib.

ucarliyiq.biz bildirir ki, şirkət "Hiss Təyini" xidmətini təqdim edib. Şəkildəki insanların nə hiss keçirdiyini müəyyən edən alqoritm yaradılıb. Onun köməyi ilə 8 fərqli hissin şəkildəki nisbəti göstərilir.

Bezmiş, qorxmuş, xoşbəxt, təbii, əsəbli, təkəbbürlü, kədərli və təəccüblü hisslərini özündə saxlayan 8 analiz edən xidmətə şəkilləri URL vasitəsilə və ya birbaşa şəkil yükləyə bilirsiniz.

Qeyd edək ki, "Microsoft" bundan əvvəl "How Old" xidməti ilə yaşı təxmin etməyə, "Twins or Not" tətbiqi ilə əkizinizi tapmağa çalışırdı.

technews.az