» » "Zəngəzur"la bağlı rəsmi açıqlama

"Zəngəzur"la bağlı rəsmi açıqlama

"Zəngəzur"la bağlı rəsmi açıqlama

Bir neçə gün əvvəl Bakıda fəaliyyət göstərən “Zəngəzur” şadlıq evində kütləvi şəkildə zəhərlənərək Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilən xəstələrdən 75-i evlərinə buraxılıb.
Ucarliyiq.biz-inSəhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hazırda xəstəxanada yalnız 2 uşaq qalır. Onların isə vəziyyəti stabilləşməyə doğru gedir və yaxın vaxtda hər iki uşaq evlərinə buraxılacaq.
Qeyd edək ki, avqustun 8-də Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində 77 nəfər qidadan zəhərlənmişdi. Onlardan 15-i uşaq olub. Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.
Kütləvi zəhərlənmə ilə əlaqədar hadisənin baş verdiyi "Zəngəzur” şadlıq sarayı bağlanıb.

Mənbə: Ans</span