» » İlk üzən elektrik stansiyası yaradılır

İlk üzən elektrik stansiyası yaradılır

İlk üzən elektrik stansiyası yaradılır

Şotlandiya hökuməti və Norveçin Statoil neftçıxarma şirkəti hər birinin gücü 6 meqavat olan 5 külək turbininin inşasına dair saziş imzalayıb.

Bu turbinlər Şotlandiyanın şimal-şərq sahilindən 25 kilometr məsafədə üzən platformalara quraşdırılacaq.

Ucarliyiq.biz bildirir ki, Hywind adlanan və dünyada ilk üzən külək elektrik stansiyası kimi elan edilmiş layihə 20 min evin enerji ilə təchizi üçün kifayətdir.

Elektrik stansiyasının açılışı 2017-ci ildə planlaşdırılır.

Bildirilir ki, 30 meqavat gücündə olan "Hywind" elektrik stansiyası yerli küləklər hesabına elektrik enerjisi generasiya edəcək. Külək mühərrikləri suyun səthi üzərindən 95-120 metr dərinlikdə quraşdırılacaq.

Qeyd edilib ki, üzən elektrik stansiyaları öz görünüşü ilə heç kimi narahat etməyəcək.

xeberler.az