» » "Qara cümə" haqqında bilmədikləriniz

"Qara cümə" haqqında bilmədikləriniz

"Qara cümə" haqqında bilmədikləriniz

Hər şey təsadüfmü idi?

Dünən Parisdə baş verən terror aktında 153 nəfər öldürüldü.
Əksəriyyətinin diqqətini isə terror aktının baş verdiyi tarix çəkdi: cümə günü, 13 noyabr. Hər iki rəqəm numeralogiyada nəhs sayılır. Bəs görəsən, bu doğrudanmı belədir?
Nə üçün əksər bədbəxt hadisələr məhz bu günlərə təsadüf edir?

Belə ki, qədim inanclara görə, Çində "13" rəqəmi qapalı və qaranlıq astroloji siklə keçid hesab edilib, ölümlə əlaqələndirilib.

Bəzi xalqlar bayram süfrəsində 13 nəfərin oturmamalı olduğuna inanıblar. Əgər təsadüfən süfrədə 13 nəfər oturubsa, masadan 1-ci qalxan şəxsin il ərzində öləcəyi düşünülüb.

Qədim inancların bəziləri isə belədir:
*Cadugər və ifritələr bir yerə yığışarkən 12 nəfərlik qruplar yaradırlar. 13-cü qonaq isə şeytan olur.
* Şagirdi İsa Peyğəmbəri romalılara məhz ayın 13-ü, cümə günü satıb. Ona görə 13 "xəyanət rəqəmi"dir.
*Rəvayətə görə, ayın 13-ü cümə günü İblis Adəmlə Həvvanı yoldan çıxarıb və onlar cənnətdən qovulublar.

Qorxu müasir dövrdə
Müasir dövrdə də insanlar 13 rəqəmindən çəkinirlər. Belə ki, ABŞ-da 13 nömrəli avtobus, trolleybus, vaqon, Fransada isə 13 nömrəli ev tapmaq müşkül məsələdir. Bir çox təyyarələrdə 12-ci yerdən, otellərdə isə 12-ci otaqdan sonra birbaşa 14 gəlir.

Britaniyada həkimlər inanırlar ki, cümə gününə düşən əməliyyatlar uğursuz keçir. Xüsusən, ayın 13-nə təsadüf edən cümə günlərində xəstələrdə qəribə hallar baş verir, onlar narkozdan gec ayılırlar, qanaxma şiddətlənir. Ona görə cərrahlar bu qorxulu günə əməliyyat salmamağa çalışırlar.

Almaniyada yol qəzalarının statistikasını aparan şirkətin gəldiyi qənaətə görə, "qara cümə"də yol qəzalarının sayı 60 faizə kimi artır və bu gün baş verən qəzalar, əsasən, ölümlə nəticələnir.

Polislər də digər günlərə nisbətən "qara cümə günü"ndə kriminal hadisələrin artdığını iddia edirlər.

publika.az