» » 28 yaşında uğur qazanan məşhurlar

28 yaşında uğur qazanan məşhurlar

28 yaşında uğur qazanan məşhurlar
1. “Bitlz”dan ayrılan Pol MakKartinin ilk solo albomu yayımlananda 28 yaşının tamam olmasına bir həftə var idi.
2. Aristotelin ağır əşyalar yüngüllərdən daha sürətlə düşür arqumentinin yanlışlığını isbat edəndə Qalileyin 28 yaşı var idi.
28 yaşında uğur qazanan məşhurlar

3. Əslində göz həkimi olan Ludviq Zamenhof beynəlxalq dil olan Esperantonu yaradanda 28 yaşındaydı.
28 yaşında uğur qazanan məşhurlar

4. “İnsanın yaradılışı”nın müəllifi Mikelancelo heykəltəraş olmağa qərar verəndə 28 yaşı var idi.
28 yaşında uğur qazanan məşhurlar

5. Fridrix Nitsşe ilk kitabı olan “Tragediyanın doğuluşu”nu 28 yaşında tamamlamışdı.
28 yaşında uğur qazanan məşhurlar

6. Çarlz Dikkenz dördüncü romanı “Əntiq dükanı”na bu yaşda başlamışdı.
28 yaşında uğur qazanan məşhurlar

7. Bernard Reyman özünün geometriya nəzəriyyəsinə aid dərslərinə 28 yaşında başlamışdı, bu Eynşteynin nisbilik nəzəriyyəsi üçün mənbə olacaqdı.
28 yaşında uğur qazanan məşhurlar

8. Devid Boui 28 yaşında olarkən “Fame” mahnısı ilə Amerikada birinci yerə çıxmışdı.
28 yaşında uğur qazanan məşhurlar

9. Uilyam Şekspir “Yanlışlıqlar komediyası”, “Titus Andronicus” kimi əsərlərini təxminən bu yaşda yazıb.
28 yaşında uğur qazanan məşhurlar

10. Ceyms Coys “Gənc rəssamın portreti”ni yayımlayanda 28 yaşı var idi, sonra isə “Uliss”i yazmağa başlayıb.
28 yaşında uğur qazanan məşhurlar

11. Mark Zukerberq “Facebook”u yaradanda 28 yaşı var idi.
28 yaşında uğur qazanan məşhurlar

12. Tarantino ilk filmini məhz bu yaşda çəkib.
28 yaşında uğur qazanan məşhurlar

13. Orson Uelles 28 yaşında “Vətəndaş Keyn”i çəkmişdi.
28 yaşında uğur qazanan məşhurlar

14. Elizabet Teylor məhz bu yaşında ilk dəfə “Oskar” almışdı və “Kleopatra” filmi üçün müqavilə imzalayanda ən çox qazanan aktrisa olmuşdu.
28 yaşında uğur qazanan məşhurlar

15. İxtiraçı Eli Uitni 28 yaşında olarkən pambıqyığan maşını ixtira etmişdi.
28 yaşında uğur qazanan məşhurlar

16. Görkəmli yazıçımız Cəlil Məmmədquluzadə «Danabaş kəndinin əhvalatları»nı yazanda 28 yaşı vardı.