» » Üzü qırışmasın deyə 40 il gülmədi

Üzü qırışmasın deyə 40 il gülmədi

Üzü qırışmasın deyə 40 il gülmədi

Britaniyalı bir qadın üzündə qırışlar yaranmasın deyə 40 il gülməyib.
50 yaşlı Tess Kristian üzündə qırışların yaranmasından çox qorxurdu. Buna görə o, qırışların əmələ gəlməsinin qarşısını almaq üçün 40 il gülməyib. Tess gülmək istəyəndə dodaqlarına vurduğunu deyir. O hətta qızı doğulanda belə gülməməyi bacarıb. İndi o, heç vaxt botoks və s. kimyəvi və kosmetik vasitələrdən istifadə etməməsi ilə lovğalanır.
«Mən sadəcə üz əzələlərimi idarə etməyi öyrənmişəm və heç vaxt kimyəvi maddələrin və həkimlərin köməyindən istifadə etməmişəm. Mən sadəcə uşaq vaxtı gülmüşəm, lakin sonra bilərəkdən bunu tərgitmişəm. Mənim səylərim öz nəticəsini göstərdi — üzümdə bircə qırış da yoxdur. Heç bir üz kremi bu nəticəni verə bilməzdi», — Tess Kristian yerli qəzetlərədn birinə müsahibəsində deyib.
Üzü qırışmasın deyə 40 il gülmədi

Üzü qırışmasın deyə 40 il gülmədi

Tessin sözlərinə görə, onu gülməməyə aktrisa Marlen Ditrix həvəsləndirib: «Ditrixin, demək olar ki, heç bir filmdə gülməməsi onun gözəlliyinə kölgə salmayıb».
Bəlkə, dermatoloqlar Tess ilə razılaşarlar, amma psixoloqların fikrincə, gülmək insanın psixoloji sağlamlığı üçün çox vacibdir.
Üzü qırışmasın deyə 40 il gülmədi