» » Bakının məşhur kinoteatırını kim sökür? - Video

Bakının məşhur kinoteatırını kim sökür? - Video

Bakının məşhur kinoteatırını kim sökür? - Video

Bakının fəvvarələr meydanında “Azərbaycan” kinoteatırı kimi tanınan kino mərkəzinin binasında söküntü işləri aparılır.
ANS TV-nin məlumatına görə, tikili dörd bir tərəfdən hasarlanaraq bağlanıb. Söküntü işləri üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb olunub. Binanın üzlük daşları ilə yanaşı, beton arakəsmələri də sökülür. Aparılan işlərin isə kimin tərəfdən görüldüyünü öyrənmək isətəsək də bu barədə məlumat verən olmadı.
Səbail Rayon İcra Hakimiyyətində bildirdilər ki, kinoteatırda söküntü işləri yox, təmir, yenidənqurma işləri aparılır. Obyekt özəl olduğundan, tikinti işləri də özəl şirkət tərəfindən reallaşdırılır.
Təmirdən sonra binanın kinoteatır və ya başqa bir obyekt olacağı haqda isə hələlik heç bir məlumat yoxdur.

Mənbə: Ans</span