Səməni hansı dərdlərin dərmanıdır?

Səməni hansı dərdlərin dərmanıdır?


Səmənini pulla almaq olarmı?

Novruz bayramının atributlarından biri də səmənidir. Səməni bərəkət nişanəsi kimi xalqın düşüncəsində mühüm yer tutur. Səməni təbiətin oyanışını, təbiətin gəlişini özündə təcəssüm etdirir. Səməninin il təhvil olunan saatda bayram süfrəsinə qoyulması məhz onu təbiəti canlandırmasından xəbər verir. Həmçinin o, məhsuldarlıq, bolluq rəmzi kimi başa düşülür.
Folklorşünas Məhəmməd Məmmədov ANS PRESS-ə açıqlamasında səməninin cücərdilməsində müxtəlif inancların olduğunu bildirdi.
“Ömər Xəyyamın "Novruznamə" əsərində ilin məhsuldar olması arpanın göyərdilməsilə müəyyənləşərdi. Əgər arpa şux göyərdilərdisə, deməli, həmin il məhsuldar olardı. Yox əgər arpa yaxşı göyərdilməzdisə, həmin il çətin olacaqdı”, - deyə Məhəmməd Məmmədov vurğuladı.
Səməni həm də nəsilartırma, müqəddəslik rəmzidir. Bəzən səməni həlimi, suyu, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilirdi. Axır çərşənbədə xanımlar qabda səməni göyərdərdilər. Kimin səmənisi birinci cücərərdisə, onun ürəyində tutduğu niyyət mütləq həyata keçəcəkdi.
Folklorşünasın sözlərinə görə, səməni həm də insanlara övladvermədə də istifadə edilərdi. Novruz günlərində göyərdilmiş səmənini “başıbütöv”, yəni ailəli adamlar övladı olmayan qadının başı üzərinə tutar və su axıdardılar. Bir nəfər də səmənini qayçılar və deyərdi: “Ay bunu göyərdən, bu gəlini də göyərt”.
Səmənin ətrafındakı şamların yandırılması isə yaslı insanların üzrdən çıxarılmasına xidmət edir.
“İndi çoxu səməninin becərməyə tənbəllik edir və onu pul ilə alır. Amma onun göyərdilməsinin özündə bir gözəllik dayanır. Görünür, bu, insanların müxtəlif problemlərinin, qayğılarının çoxluğu ilə bağlıdır. Amma daha yaxşı olardı ki, insanlar səmənini özləri evlərində göyərtsinlər” söyləyən Məhəmməd Məmmədov səməninin göyərdilməsi prosesinin insana böyük enerji verdiyini bildirdi.
İndi səməni becərdənlərə nisbətən, onu satanların sayı daha çoxdur. Bazarlarda müxtəlif ölçülü, formalı səməni olduğu kimi, qiymətlərfə də müxtəliflik var.
1 manatdan başlayan səməniləri istənilən qiymətə tapmaq olar.

Müəllif

ZULKA

Oxunub

1643

Tarix

1-03-2013, 19:40

Rəylər

3

Hörmətli oxucu əziyyətimizə hörmət olaraq rəyinizi yazın buna tənbəllik etməyin!!!

 

0 Bəyənmədim

 
 

ALД°NA | 2 mart 2013 00:16

çox sağol xəbər üçün eşitmişdim bunu amma dəqiq bilmirdim 

*sevincim*

Cavab yaz

好きだよっ! | 1 mart 2013 21:45

yeri var >_<

Cavab yaz

S_P_S | 1 mart 2013 21:14

SEMENI SAXLA MENI ILDE GOYERDEREM SENI)

Cavab yaz

Rəylərinizi bildirin

Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Oxşar xəbərlər: