» » Turistlərin sevdiyi saqqız divarları - FOTO

Turistlərin sevdiyi saqqız divarları - FOTO

Turistlərin sevdiyi saqqız divarları - FOTO

25 ildir ki, şəhər əhalisi və turistlər ağzından çıxardıqları saqqızlarla bu divarı bəzəyir.

Dünya ölkələri insanı təəccübləndirən hadisələr və məkanlarla doludur. Sizə Parisdə yerləşən sevgi divarı haqqında məlumat vermişdik. Şəhərin ən hündür nöqtəsi sayılan Monmartr təpəsində üzərinə 311 dildə "Mən səni sevirəm!" yazılmış lövhə 40 m² sahəsi olan divarı əhatə edir. "Mən səni sevirəm!" yazılmış lövhənin korlər tərəfindən oxunması üçün həmin sözlər Brayl əlifbası ilə də yazılıb.

Ucarliyiq.biz sizə turistlərin və yerli əhalinin tez- tez baş çəkdikləri saqqız divarları haqqında məlumat verir.

Nə qədər ürək bulandırıcı səslənsə də 1990-cı ildən bu yana şəhər əhalisinin və qonaqların ağzından çıxan saqqızlarla bəzənmiş bu divar ABŞ-ın Seattle şəhərində yerləşir.

Post Alley teatrına bilet almağa gələn əhalinin ağzından çıxardığı saqqızların divara yapışdırmasından sonra başlayan bu ənənə uzun illərdir ki, davam edir.

Aidiyyatı qurumlar bir neçə dəfə bunu təmizləməyə çalışsalar da qarşısını ala bilməyib dayanıblar. Bu adət-ənənə geniş vüsət aldı və saqqız divarı məşhurlaşaraq bütün turistlərin ziyarət etdiyi məkana çevrildi. Turistlər bura gələrək divarla şəkil çəkdirir, saqqız yapışdırırlar.

Bu divarla bağlı hətta bir inanc da yaranıb. Əgər bu divarın yanında keçib saqqız yapışdırmasanız bütün bəlalar sizi tapacaq. Saqqızla birlikdə qəpik yapışdıranların da sayı həddindən artıqdır.

Artıq şəhər rəhbərliyi insanların etirazına baxmayaraq bu divarların təmizlənməsinə qərar verib. İllərin qalıqları olan bu saqqızları təmizləməksə həddindən artıq çətindir. Xüsusi buxarlı təmizləyici alətlərdən istifadə olunsa da bu divarın təmizlənməsi günlərlə vaxt alacaq.

Turistlərin sevdiyi saqqız divarları - FOTO
Turistlərin sevdiyi saqqız divarları - FOTO
Turistlərin sevdiyi saqqız divarları - FOTO
Turistlərin sevdiyi saqqız divarları - FOTO
Turistlərin sevdiyi saqqız divarları - FOTO