» » Sağlam həyata başlayın: Porno izləməyi dayandırın!

Sağlam həyata başlayın: Porno izləməyi dayandırın!

Sağlam həyata başlayın: Porno izləməyi dayandırın!

2012-ci ildə Journal of Adolescent Health"da yayımlanan bir araşdırma nəticəsinə görə, 18-25 yaş arası kişilərin 30 %-i ereksiya problemi yaşayır.

Bundan başqa, Journal of Sexual Medicine"də nəşr olunan digər araşdırmada isə 16-21 yaş arası aktiv cinsi həyatı olan kişilərin, seksdə bəzi çətinliklər yaşadığını ifadə edən iddia ortaya atılıb. Ereksiya problemi bunlardan ən əhəmiyyətlisini təşkil edir. Bütün bu problemlərin niyə yaşandığı üzərinə ciddi araşdırmalar aparılır.

Pornoya baxmağın bir klik qədər asan olması, cinsi problemlərə yol aça bilər.

Hal-hazırda yetkinlik dövrünə girmiş olan kişilər porno filmlərə baxmaq üçün hər hansı bir çətinliklə üzləşmirlər. Porno filmlərə olan bu maraq səbəbiylə kişilər real sekslə məşğul olarkən problem yaşamağa başlayırlar.

Porno beynə iki cür təsir edir: hissiləşmə və hissizləşmə. Seksual şəkildə xəbərdar edilmə; beynin mükafat mexanizmini aktivləşdirən bir nömrəli faktordur və insanların yaxşı hiss etməsini təmin edən dopamin hormonunun ifrazına səbəb olur. Nəticə etibarilə, beyin dopaminin nə vaxt ifraz olacağını öyrənir. Yəni, çox porno izlənildiyində, beyin dopamindən pornoya, başqa sözlə virtual olana köklənir. Nəticədə real əlaqəyə girmək istədiyinizdə yaşaya bilmədiyiniz sərtləşməni, porno izləyərkən yaşaya bilirsiniz. Bu vəziyyət də hissiləşmək olaraq bilinir.

Qadınlar porno izləməyən kişilərə üstünlük verir

Porno izləməyi atdığınızda, cinsi əlaqələrinizdə də ereksiya problemi ortadan qalxa bilər. Bunu təsdiqləyən bir çox hekayə də mövcuddur. Ancaq bundan əlavə, bunu izləmədiyinizdə, qarşılaşdığınız qadınlarla söhbət edərkən, onları fərqli bir şəkildə xəyal etməniz də sona çatacaq. Bu səbəbdən barda qarşılaşacağınız qadınlarla daha yaxşı bir əlaqə qura biləcəklər.

Təsadüfi olmanız özünüzə olan inamı da sağlamlaşdıracaq ki, bu isə qadınların kişilərdə ən çox axtardığı özəlliklərdən biridir. Daha çox söhbət və özünüzə inam nəticəsində daha çox qadınla tanış ola, görüşə və təbii ki cinsi həyatınız beləliklə daha aktiv edə bilərsiniz.

Təbii ki, pornoya baxmağı tərgizmək, qadınlarla olan problemlərinizi ya da cinsi əlaqəylə bağlı bütün çətinliklərinizi həll etməyəcək. Ancaq aşkar olan bir vəziyyət var ki, porno izləməmək seks həyatınızı daha yaxşı bir vəziyyətə gətirəcək.