» » Cücəsi üşüməsin deyə ona paltar tikdi

Cücəsi üşüməsin deyə ona paltar tikdi

Cücəsi üşüməsin deyə ona paltar tikdi

Çətin ki, həyətində toyuq saxlayan kimsə bu quşlara britaniyalı Nikola Konqdon qədər can yandırsın. Kornval şəhərində yaşayan qadının toxuculuq qabiliyyəti, ən çox həyəindəki toyuqların işinə yarayıb. Bu quşlara soyuq dəyməsin deyə yun köynək toxuyan qadının qeyri-adi qayğısı, yerli medianın da diqqətini çəkib.

Toyuqların lələkləri onları qışın soyuğundan nə qədər qorusa da, bu quşların həyətdə paltarsız gəzməsi Nikolanın ürəyincə olmayıb. 58 yaşlı anası Enndən paltar toxumağı öyrənən 25 yaşlı qadın, bütün yaradıcılığını toyuq-cücəyə köynək toxumağa həsr edib.

Bəs görəsən niyə, kasıb insanlara əl tutmaq əvəzinə, ingiltərəli qadın toyuq-cücəni soyuqdan qorumaq fikrinə düşüb? Dediyinə görə, toyuqlar üçün köynək toxumağa başlaması, ona yeni biznes qurmaq imkanı yaradıb. Quşlar üçün toxuduğu köynəklərin şəkillərini görən internet istifadəçiləri, dünyanın dörd bir yanından ona, həmin köynəklərdən sifariş verir. Bu satışdan gələn gəlirləri isə o, afrikada ac qalan, xəstəliklərlə mübarizə aparan uşaqların müalicəsinə səfr edəcəyini deyir.

O ki qaldı toyuqların köynəyinə, Nikola indi həvəslə həmin toyuqların cücə çıxarmağını gözləyir. Deyir ki, bu cücələr üçün də nəzərdə tutduğu bir-birindən fərqli modelli köynəkləri var.