» » Aktyor Ceyk Cillenhol "canlı skeletə" döndü-VİDEO

Aktyor Ceyk Cillenhol "canlı skeletə" döndü-VİDEO

Aktyor Ceyk Cillenhol "canlı skeletə" döndü-VİDEO

Avstraliyalı aktyor, "Avengers" filmindəki "Tor" obrazı ilə məşhurlaşmış Kris Hemsfort gündə cəmi 500 kalorilik qidadan ibarət pəhrizlə "canlı skelet"ə çevrilib.

Ucarliyiq.biz TMZ-yə istinadən bildirir ki, "In the Heart of the Sea" filmində baş rolda oynayan 32 yaşlı aktyor İnstagram-dakı profilində yeni fotolarını yayıb.

Film 19-cu əsrdə nəhəng balina ovundan bəhs edir.

"Yeni pəhrizi və "Lost At Sea" adlı məşq proqramını sınadım. Onları kimsəyə msləhət görmürəm", - aktyor yazıb.

Kris Hemfort rolu üçün həddən ziyadə arıqlamış aktyorlar Kristian Beyl və Metyu MakKonahinin "sınaq"larını təkrarlamaq qərarına gəlib. Aktyor Ceyk Cillenhol da filmi üçün arıqlamışdı.

"Cast Away" filminin çəkilişləri zamanı Tom Henks də tanınmaz hala düşmüşdü.

"In the Heart of the Sea" filmi 19-cu əsrdə yaşanmış olaylardan bəhs edir. 1819-cu ildə ABŞ-ın "Essex" gəmisi Massaçusets ştatından balina ovuna yollanmışdı. 1820-ci ilin payızına gəmiyə nəhəng balina hücum edib. Bunun sonucunda gəminin 20 nəfərlik heyəti qayıqlara oturublar və onlar 3,5 ay ərzində okeanda sağ qalmaq üçün ölümlə mübarizə aparıblar.

Filmin premyerası bu il dekabrın 3-də olacaq.