» » Günün birinci yarısı əsl sınaq- Günün qoroskopu

Günün birinci yarısı əsl sınaq- Günün qoroskopu

Günün birinci yarısı əsl sınaq- Günün qoroskopu

Qoç - Ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir.
Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.

Buğa - Günün birinci yarısında həyəcanlanmaq üçün xeyli səbəb yaranacaq. Bunların sırasında müəyyən xəbərlərin alınması, işdə xırda anlaşılmazlıqlar, həmçinin yaxınlarınızla aranızdakı fikir ayrılıqları çoxluq təşkil edəcək. Ancaq günorta alacağınız xəbər şəraitə başqa nöqteyi-nəzərdən yanaşmağınıza imkan verəcək və siz anlayacaqsınız ki, doğrudan da, narahat olmaq üçün heç bir əsas yox imiş.
Sizi bu yaxınlarda incidən, yaxud təşəbbüslərinizi qiymətləndirməyən insanlar öz səhvlərini etiraf edərək üzr istəməyə hazırdırlar. Kinlilik göstərməyə dəyməz, ancaq sağlam düşüncəni də əldən verməyin: tövbə eləyənlərin heç də hamısı səmimi deyil.

Əkizlər - Nəzərə almaq lazımdır ki, yalnız güclə yox, hiyləgərliklə qələbə qazanmaq olar. Nəzakət və taktika da artıq olmayacaq.
Maliyyə vəziyyəti yaxşı deyil, düşünülməmiş xərclərdən çəkinmək lazımdır. Pul üstündə mübahisələr mümkündür: ümumi resurslardan istifadə barədə razılığa gəlmək olmur. Maraqlı tanışlıqlar çox olsa da, bunların heç biri ciddi münasibətlərə rəvac vermir.

Xərçəng - Günün birinci yarısı əsl sınaq dövrüdür. Situasiyanı nəzarətdə saxlamaq çətin olacaq, üstəlik, öz emosiyalarınızı da yığıb-yığışdıra bilməyəcəksiniz. Düşünülməmiş qərarlar verməyə və düşünülməmiş hərəkətlər etməyə meyllisiniz. Bu, xeyli macəra yaşamağınıza imkan yaradır, amma bunların heç də hamısı xoş olmayacaq.
Axşam daha yaxşı keçəcək, hər halda özünüzü daha sakit və əmin hiss edəcəksiniz. Vacib, sizə nikbinlik gətirən məlumat ala bilərsiniz. Şəxsi və işgüzar xarakterli maraqlı təkliflər ala bilərsiniz.

Şir - Gərgin, birmənalı olmayan gündür, hadisələrdən baş açmaq çətindir, onların nəticəsini təxmin eləmək isə bundan da qəlizdir. Əminsiniz ki, hər şey əla bitəcək, amma gözləntilərinizin reallıqla uzlaşıb-uzlaşmadığını düşünməyə ərinirsiniz.
Danışıqlar apara bilərsiniz, amma bir az diqqətli olun, yerinə yetirməyəcəyinizi bilə-bilə vədlər verirsiniz. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmaslar məsləhət deyil. Maliyyə işlərinizi qaydaya salın, əgər borclarınız varsa, hamısını qaytarmağa çalışın.

Qız - Maraqsız gündür. Ciddi münaqişələr yoxdur, ancaq ətrafınızdakılardan (həm işdə, həm şəxsi münasibətlərdə olduqlarınızla) narazılığınız artır. Hələlik özünüzü birtəhər ələ ala bilirsiniz, amma fitil alışıb və partlayış da qaçılmazdır. Müstəqil yerinə yetirə biləcəyiniz işlərdən yapışın. Təhsil üçün münasib gündür, məlumatı yaxşı qavrayırsınız, ancaq müəllim axtarışı elə də asan olmaya bilər.
Sükan arxasında səfərlərdən çəkinin, yolda xoşagəlməz hadisələrlə qarşılaşa bilərsiniz. Enerjiniz azdır, halsızlıq mümkündür.

Tərəzi - Günün emosional fonu xoş deyil, çoxları depressiyaya meyl edirlər. Yaşlı qohumlarınızla, rəhbərliklə münasibətlərdə çətinlik yarana bilər. Uşaqlar və yeniyetmələr üsyana qalxır, müstəqil qərar vermək hüquqlarını müdafiə edirlər. Vacib məsələləri kimsədən kömək ummadan, təkbaşına həll etmək gərəkdir.

Əqrəb - Gün ümumilikdə yaxşı keçəcək. Müsbət tendensiyaların təsiri güclüdür, böyük qələbələr qazanacağınızı hiss edirsiniz və bu, doğrudan da, belədir. İşgüzarlığınız artıb. Odur ki, rəqiblərinizin gücü çatmayan işlərin öhdəsindən əla gəlirsiniz. Təhlükə bundadır ki, vacib qərarlar verərkən tələsir, heç kimlə məsləhətləşmirsiniz.
Axşam həyati potensialınız azalacaq, yorulduğunuzu hiss edəcəksiniz. Bundan başqa, əsəbi və hövsələsiz olursunuz. Ailədə mübahisələr mümkündür.

Oxatan - Neytral gündür. Vaxtınızı sərf etdiyiniz işlər əhəmiyyətsiz, əldə etdiyiniz uğurlarınız isə solğundur. Yaradıcı potensialınız aşağı səviyyədədir və yaxşı ideya sarıdan korluq çəkirsiniz. Xoşbəxtlikdən, dostlarınız vaxtında və gözəl təkliflərlə kefinizi açacaqlar. Onların təklifini qəbul edə bilərsiniz.
Yaşlı nəslin nümayəndələrinin məsləhətlərini sərbəstliyinizə sui-qəsd kimi qəbul etdiyinizdən aranızda mübahisə yarana bilər. Sərt iradlar söyləməyin, öz mövqeyinizi sakitcə müdafiə edin: incə kinayə effektiv silaha çevrilə bilər.

Oğlaq - Yaxşı gün deyil. Emosiya və ötəri həvəslərinizə böyük önəm verir, sağlam düşüncənin dediklərini isə saya salmırsınız. Gərəksiz xərclərlə itkilər mümkündür. Peşəkar karyeranızın birbaşa asılı olduğu insanla aranızda münaqişə mümkündür.
Tənqidə sərt reaksiya verir, yaxınlarınızın istənilən məsləhət və təklifinə qarşı çıxırsınız. Ətrafınızdakıların aramsız olaraq xətrinə dəyməyinizə baxmayaraq, təklikdə qalmaq da istəmirsiniz. Sizə hakim olan təzadlı istəklər onsuz da çətin olan günü daha da qəlizləşdirir.

Dolça - Ağlınızı başınıza toplayıb, məntiqə əsaslanmayınca bütün işləriniz korlanacaq. Emosiyalara nə qədər çox qapılsanız, hadisələrin axarı bir o qədər sizi məyus edəcək. İş görüşləri pis keçir, danışıqlarda öz mövqeyinizi, maraqlarınızı qoruya bilmirsiniz. Bir çox Dolçalar sonra peşman olacaqları güzəştlərə getməli olacaqlar.
Köçmək, inşaata başlamaq, daşınmaz əmlakın alınması, yaxud icarəsiylə bağlı sövdələr bağlamaq olar. Yeni həyata başlamaq istəyən Dolçalar bu gün arzularına çatacaqlar.

Balıqlar - Günün ilk yarısı xoş keçəcək. Həmin dövrdən həm işgüzar, həm də şəxsi məqsədlər üçün istifadə etmək olar - vacib qələbələr qazana bilərsiniz. Amma təəssüf ki, vaxt keçdikcə şərait çətinləşir. Günün ortasında əhvalınız korlanacaq, enerjiniz azalacaq. Bu vaxt tənqidə xüsusilə dözümünüz olmayacaq.
Qadınlarla münasibətləriniz yaxşı deyil, hərdən boş şeylər üstündə mübahisəniz düşür. Məişət problemlərinin həllində çətinlik çəkirsiniz. Eksperimentlər, risk etmək, ənənələri pozmaq məsləhət deyil.