» » Tovuz sakini evində muzey yaradıb - VİDEO

Tovuz sakini evində muzey yaradıb - VİDEO

Tovuz sakini evində muzey yaradıb - VİDEO

Adətən eksponatlar muzeylərdə saxlanılsa da, müsahibimiz öz evində muzey yaradıb.

Ucarliyiq.biz TTV-yə (Region TV) istinadən xəbər verir ki Tovuzun Qayadibi kənd sakinin saxladığı əşyalar arasında 2 əsr yaşı olan eksponatlar da var.

Kənd sakinləri tarixi əşyaları bir neçə il əvvəl toplamağa başlayıb. Buradakı ən qədim əşyanın 200 yaşı var. Evdə ən çox rast gəlinən eksponatlar isə məişət avadanlıqlarıdır.

Müsahibimizin sözlərinə görə, bu əşyalardan elə indi də istifadə olunur. Burada həm də bir-birindən maraqlı əl işləri saxlanılır. Ən çox parça üzərində işləmələr diqqət cəlb edir. Muzeyi xatırladan evə tək kənd sakinləri yox, bura gələn qonaqlar da maraq göstərir. Kənd sakinləri evlərindəki əşyaları satmaq və ya hansısa muzeyə bağışlamaq niyyətində deyillər. Onlar gələcəkdə bu əşyaların sayını artırmaq və böyük bir muzey yaratmağı düşünürlər.