» » Protez diş taxmaq üçün həyat yoldaşlarından icazə almalıdır - VİDEO

Protez diş taxmaq üçün həyat yoldaşlarından icazə almalıdır - VİDEO

Protez diş taxmaq üçün həyat yoldaşlarından icazə almalıdır - VİDEO

Başlayaq Mayamidən. Nə qədər qəribə səslənsə də, burada polis idarəsinin binasında skeyt sürmək qadağandır.

Maraqlıdır, görəsən polis idarəsinə gələnlərin ürəyindən ümumiyyətlə belə bir istək keçirmi?

Londonda isə keçici xəstəliyi olan insanların taksiyə minməsi qanunla qadağan edilib. Əks halda həmin sərnişinləri yüksək məbləğdə pul cəzası gözləyir.

Vermont ştatı da qəribə qadağaları ilə seçilən yerlərdəndir. Əgər bu ştatda qadınlar protez diş taxmaq məcburiyyətində qalsalar, bunun üçün mütləq həyat yoldaşlarından icazə kağızı almalıdırlar.

Filippin höküməti yollarda tıxacların qarşısını ala bilmək üçün maraqlı çıxış yolu tapıb. Bu ölkədə, nömrə nişanlarının sonu 1 və ya 2 olan avtomobillər yalnız bazar ertəsi, 3 və ya 4 olanlar çərşənbə axşamı, 5-6 olanlar çərşənbə, 7-8 olanlar cümə axşamı, 9 və ya 0 olanlar isə yalnız cümə günləri yola çıxa bilərlər.