» » Kişilərin şifrəli sözləri - VİDEO

Kişilərin şifrəli sözləri - VİDEO

Kişilərin şifrəli sözləri - VİDEO

Kişilərin mesajları cavablamalarına görə şifrələri!

Bəzən qadınlar kişilərin yazdığı mesajı düzgün anlamırlar. Dostcasına yazılan bir "canım" sözünün altında özləri üçün xəyallar qururlar. Bu da sonradan anlaşılmamazlıq və xəyallarının dağılmasına səbəb ola bilir. Mesajlaşmaq artıq həyatımızın bir parçası halına gəlib.

Bu yazını oxuduqdan sonra kişilərin yazdıqları mesajları artıq daha yaxşı anlayacaqsınız. Əslində yazılan mesajların altında nə gizlənilir bunu biləcəksiniz. Bir sözlə onların şifrələrini öyrənəcəksiniz.

Mesajı görəndə sevincdən uçan kişilər

Bəzən çox ciddi iclaslarda bu tip kişiləri görmək mümkündür. Telefonuna zəng və ya mesaj gəldikdə iclasın ortasında cavab verirlər. Danışığından başa düşərsiniz ki, zəng edən ya həyat yoldaşı, ya da sevgilisidir. O an onun üçün partnyorunun zəng etməsindən önəmli heç bir şey yoxdur. Belə kişi sizin mesajınızı görəndə də həmin an cavab verər. Sevdiyiniz kişi mesajınızı həmin an oxuyub cavab yazırsa, sizə çox dəyər verir, deməkdir. Nə qədər məşğul olursa olsun, sizi həmişə birinci gördüyü mənasına gəlir.

Mesajlarında yazı qaydalarına riayət edən kişilər

Müəyyən bir yaşa gəlib çatdıqdan sonra, kişilər mesajları qısa şəkildə yazmırlar. Əgər partnyorunuz da sizin kimi yazı qaydalarına diqqət edirsə, demək ki, sizə dəyər verir.

Smayliklərlə qısa cavablar verirsə

Smayliklər bəzi vaxtlarda yazdığımız mesajlara bir şirinlik qata bilər. Amma siz uzun mesajlar yazdıqdan sonra yalnızca bir smayliklə cavab gəlirsə, münasibətinizi bir daha düşünün. Mesajlarınıza məntiqli cavablar verməyən kişi, üz-üzə gəldiyiniz vaxt fərqlidirsə, problem yoxdur. Amma elə deyilsə, düşünməyinizdə fayda var. Əgər doğurdanda sizi önəmsəyir və danışmaq istəyirsə, bunun üçün fərqli smayliklər göndərmək əvəzinə, bir az daha uzun mesaj yazar.

Mesajlarda dili açılan kişilər

Bəzi kişilər üçün qadınların üzünə baxaraq danışmaq çox çətindir. Onlar özlərini mesaj yazanda daha rahat hiss edirlər. Sizin qarşınızda oturub deyə bilmədiklərini mesajla yazırsa, belə kişilər utanan kişilərdir. Danışmayan kişilər haqqında bir fikir demək çətindir, çünki susduqları üçün onların xarakterlərini də bilmək olmur.

Mesajlarını başqalarıyla paylaşan kişilər

Dostları ilə yazışdığı mesajları sizə göstərirlərsə, onlara inanmayın. Bəlkə də sizə daha yaxın olmaq üçün bunun edirlər, amma nə biləsiniz ki, sizinlə olan mesajlarıda kiməsə göstərəcək ya yox. Buna görə də elə kişilərə mesaj yazarkən təmkinli davranmalısınız.

Mesaj yazmaq əvəziyə zəng edən kişilər

Bəzi kişilər də siz mesaj yazsanız belə, o yazmaz onun yerinə zəng edər və danışar. Bunu sizin səsinizi eşitməkdən zövq aldığı, sizə dəyər verdiyi və vaxtını sizə sərf etmək istədiyi üçün edir. Uzun uzun mesajları lazımsız hesab edər həmin kişilər.

Cool kişilərin mesaj taktikası

Mesajınızı gördüyü halda cavab yazmayan kişi tipləri, cool görünməyə, sizi savmırmış kimi görünməyə çalışır. Ancaq bunu önəm verdiyi üçün etmirsə, onda burda bir problem var deməkdir.Bu hal sizin üçün əsəb korlayan bir hal ola bilər.

Bunlar sadəcə bir araşdırmadır. Həır kişi də bir deyil. Bunu da unutmayın. Amma aralarında tip olanları da tanımağınız yaxşıdır.

Qəmər Əliyeva