» » Tonlarla pulu yandırdılar - VİDEO

Tonlarla pulu yandırdılar - VİDEO

Tonlarla pulu yandırdılar - VİDEO

Elektrik enerjisi əldə etmək üçün pul xərcləmək əvəzinə, tonlarla pulu yandırırlar.

Ucarliyiq.biz atv-az-a istinadən bildirir ki, Çində şəhərlərdən birini işıqla təmin edən enerji şirkətinin qəribə elektrik istehsal etmək metodu, eşidənləri heyrətləndirir. Elektrik stansiyalarında enerji hasilatı üçün neft məhsulları və digər yandırıcı maddələrdən istifadə olunsa da, Cianqsu vilayətindəki Yançenq şəhərində, həmin məhsullar əvəzinə puldan istifadə olunur. Bu şəhəri enerji ilə təmin edən stansiyada son bir neçə gündə 1800 ton pul, odun kimi yandırılıb.

Əhalisinin sayı bir milyarddan çox olan ölkədə əlaqədar qurumlar heç də inflyasiyasiyanı azaltmaq üçün pulları ocağa atmır. Məsələ burasındadır ki, yandırılan pullar istifadəyə yararsızdır. Mərkəzi bankın qəbul etdiyi zədələnmiş pulları xüsusi aparatla doğrayan şirkət, onları odun kimi istifadə edir. Bu minvalla hər ay təxminən 25 milyon dollar dəyərində pulun yandırılması hesabına elektrik enerjisi istehsal olunur.

Yandırılan pullar arasında bir müddət əvvəl dövriyyədən çıxarılan 100 yuanlıq əskinaslar da var. Noyabrın 12-də yeni pul vahidlərinin təqdim olunmasından sonra, köhnə pullar çəkidə ağır olsa da, qiymətdə çox yüngülləşib. Belə olan halda mərkəzi bank həmin pulları yanacaq kimi istifadə etsin deyə enerji şirkətinə bağışlayıb.