» » Hamiləlikdə kökəlmək istəmirsinizsə ...

Hamiləlikdə kökəlmək istəmirsinizsə ...

Hamiləlikdə kökəlmək istəmirsinizsə ...

Hamiləlikdə artıq çəki almaq təzyiqi yüksəldə, erkən doğuma səbəb ola bilər. Bundan başqa, hamiləlikdə şəkər xəstəliyinin ortaya çıxması və iri körpə doğumu, doğuşdan sonra əmizdirməklə bağlı problem, uşaqda şəkər azlığı və ölüm riski də var.

Araşdırmalar zamanı hamiləlikdə çox kökələn qadınların övladlarında İQ səviyyəsinin yüzdə 3.2 nisbətində az olduğu və onların immunitet sisteminin daha zəif olduğu ortaya çıxıb.

Ucarliyiq.biz lent.az-a istinadən hamiləlik zamanı çox kökəlməmək üçün qadınlara məsləhətlər verir:

- Paketlənmiş yeməklərdən uzaq gəzin
- Mövsümündə və yeni tərəvəz, meyvələri süfrənizdən əskik etməyin
- Hər yemək yeyəndə süfrəyə yetərincə protein dəyəri yüksək qida (yumurta, pendir, ət, balıq, süd, qatıq, quru paxlalılar) qoymağa diqqət edin.
- Evə hazır yeməklər sifariş etməyin. Öz yeməyinizi özünüz bişirin.
- Satılan tort, şirniyyatların yağ və şəkərlə dolu olduğunu unutmayın.
- Qızartma və yağlı yeməkləri çox yeməyin. Yeməyinizə atdığınız yağın miqdarını bir az azaldın. Məsələn, 1 kq tərəvəz yeməyinə 2 xörək qaşığı yağ əlavə edin.
- Axşam yeməyindən sonra heç nə yeməyin.
- Hər gün mütləq təzə meyvə, qatıq yeyin.
- Hər gün mütləq açıq havada gəzintiyə çıxın.