» » Sabah havanın hərarəti düşəcək - Video

Sabah havanın hərarəti düşəcək - Video

Sabah havanın hərarəti düşəcək - Video

Avqust ayı kəskin istilərlə müşaiyət olunur. Hidrometroloqlar isə ölkədə hərarət yüksələn xətlə getdiyi ilə bağlı yenidən xəbərdarlıq edir. Regionda günvurmadan əziyyət çəkənlərin sayı da artıb.
ANS TV-nin məlumatına görə, yay mövsümü başlayandan bu günə qədər təkcə paytaxtda 65 nəfər günvurma diaqnozu ilə xəstəxanalara müraciət edib.
Onlardan 23-nün vəziyyəti ağır olduğundan müalicələrini xəstəxanada almaları tövsiyyə edilib. Bu barədə Bakı Şəhər Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidremetreloji Departamentlər Bürosundan isə deyirlər ki, bu cür hava şəraiti hələ bir neçə gün də davam edəcək.
Yalnız həftənin bazar ertəsi, yəni sabah hava digər günlərə nisbətən sərin keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın sözlərinə görə, sabah 36 dərəcə isti olacaq, avqustun 18-19 və 20-si isə havanın temperaturu gün ərzində 38 dərəcədən yüksək olacağı proqnozlaşdırılır.
Paytaxtda müşahidə ediləcək hava şəraitini bəzi dağlıq və dağətəyi rayonlarda yağış əvəz edəcək.
Paytaxtda isə yağışın yağması yaxın günlərdə də gözlənilmir.
Bu yayın ən rekord göstəricisidə məhz avqust ayında qeydə alınıb. 41 dərəcə hərarət son bir neçə ildə müşahidə edilən hərarətin göstəricisini yeniləyib.

Mənbə: Ans</span