» » Azərbaycan qadının yaraşığı - Kəlağayı - VİDEO

Azərbaycan qadının yaraşığı - Kəlağayı - VİDEO

Azərbaycan qadının yaraşığı - Kəlağayı - VİDEO

Hər bır azərbaycanlı kəıağayını uşaqlıqdan tanıyır. Al-əlvan rənglər, sehirli naxışlar, nənələrimızın qoxusu gələn kəlağayı. Gəlin kəlağayıdan danışaq.

Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda ta qədimdən məlumdur. Professor Rəna İbrahımbəyova deyir kİ, kəlağayı hazırlanma tarıxı, elə ipəyin vətənımızə ilk gəlışındən hesablana bılər.

Qadınlar kəlağayını müxtəlif yaş dönəmlərində rənginə və formasına görə örtür. Belə ki, yaşlı nəslin nümayəndələri kəlağayını daha çox çalma, yaxud dingə şəklində bağlayır. Cavan qadın və qızlarımız isə örpək və ya aksesuar qismində kəlağayıdan istifadə edir...Ta qədimdən qadınlar yas mərasimlərində qara, el şənliklərində isə əlvan naxışlı kəlağayılara üstünlük verib. Rəna xanım bu baş örtüyünün daha dəyərlı məqamlarından da danışır.

Kəlağayı hələ qədimdən ismət, ar əlaməti sayıldığından onu yerə atmaq, yerə atıldığı zaman isə tapdalamaq olmazdı. Çünki o xanımlarımızın başını bəzəmək üçün nəzərdə tutulub. Başın uca olsun Azərbaycan Qadını.